Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair EMTA və ABB müqavilə imzaladıEnerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Marja xəbər veri ki, bu əməkdaşlıq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq. “Vətəndaşlar, eləcə də müəssisələr bu imkanlardan yararlana biləcəklər. Bu addımlar ölkəmizdə enerji effektivliyi sahəsində işlərin davamlı və sistemli şəkildə aparılmasına töhfə verir. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin real nəticəyə çevrilməsini təmin edir və vətəndaşlar üçün faydalı imkanlar yaradır” - deyə o, qeyd edib.
Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













