"Kapital Bank" 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub
"2025-ci ildə "Kapital Bank" ASC-nin konsolidə edilmiş xalis mənfəəti (törəmə müəssisələr nəzərə alınmaqla) 274 milyon 560 min manat, təkcə Bankın xalis mənfəəti xalis mənfəətlə 325 milyon manat təşkil edib".
Marja.az xəbər verir ki, məlumatı "Kapitall Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün keçirilən mətbuat konfransında verib.
“2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".
O qeyd edib ki, "Kapital Bank" 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biridir:
"2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır. Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbul etdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklif olunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəq olmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; belə ki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb. Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik. Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı ümumi inkişaf meylləridir".
2025-ci ilin sonuna Kapital Bank-ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib
Cavid Mirzəyev mətbuat konfransında deyib: “Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledici faktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir. Sonda qeyd etmək istərdim ki, 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil etmişdir. Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətli dərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayiş etdirir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
6 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
7 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
7 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
7 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
7 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)






.jpg)







