14,5 milyard manat xərclənəcək -Neft Fondunun büdcəsi təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Fərman imzalayıb.
Fərman ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 min 856,0 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
2.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 7 550 705,3 |
2.2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 3 465,0 |
2.3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 16 830,0 |
2.4. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 799 094,6 |
2.5. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 495,0 |
| Cəmi | 8 370 589,9 |
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
| Cəmi | 14 483 856,0 |
“Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası
Sıra №-si | Xərclər | Kod | Məbləğ |
1. | Əməyin ödənişi | 210000 | 6,872,008 |
2. | Malların (işlərin və xidmətlərin) satın alınması | 220000 | 5,004,640 |
3. | Qrantlar və digər ödənişlər | 260000 | 674,460 |
4. | Təqaüdlər və sosial müavinətlər | 270000 | 80,000 |
5. | Digər xərclər | 280000 | 13,814,792 |
5.1. | İcarə və muzdlu xidmətlər | 281400 | 15,000 |
5.2. | Sair xərclər | 282100 | 11,129,524 |
5.3. | Bank xərcləri | 282300 | 2,670,268 |
6. | Qeyri-maliyyə aktivlərinin alınması | 310000 | 6,126,100 |
| Xərclərin cəmi |
| 32,572,000 |
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
2 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
