Azərbaycan və Rusiya 35,6 milyon manata körpü tikəcək
Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi 1,2 mlrd. rubla (35,640 mln. manat) başa gələcək.
Bu barədə "Kaspi" şirkətinin Dağıstan filialının direktoru Məhəmmədrəsul Ömərov bildirib.
"Körpünün tikintisi 1,2 mlrd. rubla başa gələcək. Tikintinin maliyyələşməsi Azərbaycanla Rusiya tərəfindən həyata keçiriləcək. Hər bir tərəf vəsaitin 50%-ini ödəyəcək", - deyə filial müdiri qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
Körpü üç zolaqlı olacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
-
32 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
























