Ərəblər Azərbaycandan əkin sahələri istəyirlər
"2018-ci ildə Bakıda Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin məhsullarının sərgisinin keçirilməsinə icazə almaq istərdik".
Bu təkliflə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin biznes-forumunda çıxış edən KƏŞ Ticarət Palatalar Federasiyasının baş katibi Əbdülrahim Həsən Nəqi çıxış edib.
"Belə bir sərgi həm Körfəz ölkələrinin məhsullarının təşviqinə, həm də KƏŞ ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafına kömək edər. Bundan başqa, KƏŞ ölkələrinin maliyyə təşkilatları, habelə İslam İnkişaf Bankı Azərbaycanla reallaşdırılacaq layihələr üçün lazım olan investisiyanı təmin edə bilər. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə biznes şirkətlərinin qeydiyyat prosesinin asanlaşdırılması və xüsusi portal yaradıla bilər. Həmçinin, dəniz vasitəsilə daşınmaların həyata keçirilməsini təklif edirik", - deyə Ə.Nəqi bildirib.
Baş katib bundan əlavə, KƏŞ ölkələrinin iş adamları üçün kənd təsərrüfatı sahəsində əkinə yararlı torpaqların ayrılmasını təklif edib:
"Çox istərdik Körfəz məhsullarına tətbiq edilən gömrük rüsumları da azaldılsın. Hazırda bu göstərici 200%-ə çatır. Habelə KƏŞ vətəndaşları üçün nəzərdə tutulan 20 dollarlıq viza rüsumu ləğv edilərək, biletin ümumi dəyərinə əlavə olunmasını istərdik. Bundan başqa, Azərbaycanda maliyyə kreditlərinin əldə olunmasını asanlaşdırmaq, ikiqat vergitutmanın həcminin azaldılmasını da təkliflərim sırasında qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycan və KƏŞ ölkələri investisiya fondu yaradıla bilər. Öz növbəsində Azərbaycan iş adamlarının da KƏŞ ölkələrinin bazarından istifadə etmək üçün geniş imkanları mövcuddur".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























