Neft qiymətləri OPEC-in açıqlaması ilə yüksəlib
Neft qiymətləri, OPEC və ortaqlarının bazarı yenidən tarazlığa qovuşdura bilmək üçün bütün variantlara açıq olduqlarını qeyd etmələrinin ardından bahalaşıb.
"Marja" xəbər verir ki, hasilatın azaldılması razılaşmasına nəzarət etməyə məsul olan komitə, müqaviləyə əməletmənin rekord səviyyəyə çıxdığını açıqlayıb.
Baker Hughes-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə də azalaraq İyundan bu yana ən aşağı səviyyəsinə enib.
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və təşkilata daxil olmayan bir sıra ölkələr (Rusiya və Azərbaycan da daxildir) 30 Noyabrda Viyanada keçiriləcək yığıncaqda Mart sonunda bitəcək hasilatın azaldılması razılaşmasını uzatmaq barədə qərar verə bilərlər.
İraqın şimalında artan gərginlik də, qiymətlərə dəstək olub. İraq qüvvələri Batma və Ain Zala neft sahələrinin yerləşdiyi Zummar qəsəbəsində nəzarəti yenidən ələ alıb.
ABŞ-da neft istehsalının son dövrlər artmaması da qiymətlərə kömək edir. Neftin bir az da yüksəlməsinin mümkün olduğu bildirilir.
Qərb Teksas nefti Nymex birjasında 40 sent bahalaşaraq bareli 52.24 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 30 sent və ya 0.5% bahalaşaraq bareli 58.05 dollara qədər qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






