
GMO gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nı təsdiqləyib.
Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində əkilməsi, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün Azərbaycana gətirilməsi və onun hüdudlarından kənara aparılması nəzərdə tutulan bitkilərə şamil edilmir.
Ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatları əsasında həyata keçirilir.
Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilmir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi üçün fiziki və hüquqi şəxslərə bu Qaydanın 2.2-ci bəndində göstərilmiş qaydalara uyğun olaraq idxal karantin icazəsinin verilməsi barədə 2 gün müddətində müvafiq dövlət sərhədinin buraxılış məntəqələrinə məlumat verilməlidir.
Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından ixrac olunan ağac, kol, gül-çiçək və ot bitkiləri və onların genetik materialları sərhədə çatdırıldıqda, verilmiş təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatları gömrük orqanlarına təqdim edilməlidir.
Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş (GMO), yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilmir.
Genetik modifikasiya olunmuş, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitkilərin elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun qərarı nəzərə alınmaqla müəyyən edilmiş qaydada aparılır.
Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) beynəlxalq ticarəti “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CITES) uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə/sertifikat əsasında həyata keçırilir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan yabanı flora növlərinə verilmiş icazə/sertifikat kağız və elektron formada Azərbaycan Respub-likasının Dövlət Gömrük Komitəsinə göndərilir.
Kökünün kəsilməsi təhlükəsi olan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) siyahısı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (XİF MN) üzrə kodları göstərilməklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kağız və elektron formada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir. Siyahıda dəyişikliklər olduğu halda, yenilənmiş siyahı eyni qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:
1. ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının saxlanılan anbarlarda, onların əkildiyi sahələrdə, karantin nəzarətində olan digər obyektlərdə müntəzəm olaraq müşahidələri və müayinələri aparmaq,
2. karantin nəzarətində olan materiallara baxış keçirmək və ekspertiza aparılmasını həyata keçirmək,
3. fitosanitar nəzarətində olan zərərli orqanizmlərin Azərbaycan Respublikasının ərazisinə daxil olması təhlükəsini yaradan halları müəyyən etmək və müvafiq ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq,
4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan ağac, kol, gül-çiçək və ot bitkilərində və onların genetik materiallarında zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək,
5. hüquqi və fiziki şəxslər tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılan kimyəvi, bioloji və digər bitki mühafizə tədbirlərinin elmi əsaslarla aparılmasına nəzarət etmək,
6. bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr və elmi-praktiki dəstəyi vermək.
7. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və onların mənbələrinin ləğvi üçün müvafiq məhdudiyyətlər qoymaq,
8. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatları əldə etmək,
9. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və qanunvericiliklə müəyyən olunmuş qaydada xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq.
© Report
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 14 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
