Fasiləsiz qaynaq və davamlı istehsal üçün "Magmaweld" məhsulları
Qaynaq – sözsüz ki metalın birləşməsi üçün ən qənaətli ve effektiv yollardan biridir. Hər nə qədər sadə olsa belə qaynaq işləri hər bir dövlətin iqtisadiyyatı üçün əhəmiyyətli bir texnoloji prosesdir.
1957-ci ildə İsveçrə əsaslı Oerlikon Schweisstechnik AG tərəfindən lisenziya alaraq İstanbulda yaradılan OERLIKON KAYNAK ELEKTRODLARI VE SANAYİ A.Ş. bugün Manisa Mütəşəkkil Sənaye Bölgəsində 2 ayrı zavodda ümumilikdə 70.000 m² qapalı sahədə dünyanın inkişaf etmiş, yüksək və keyfiyyətli qaynaq texnologiyasına sahib olan lider şirkətlərdən biridir.
OERLIKON KAYNAK ELEKTRODLARI VE SANAYİ A.Ş. Qaynaq İstehlak Materiallarını (örtüklü elektrod, qazaltı qaynaq teli, tozaltı qaynaq teli və tozu), Qaynaq Aparatlarını istehsal edən, satış öncəsi təlim, təqdimat, satış sonrası xidmətləri və ekspert servis komandası ilə qəza və ya ehtiyat hissəsi ehtiyacı duyan müştərilərinə eyni gün içində cavab verə bilən və müştərilərini çətin vəziyyətdə qoymayan problemləri həll edə bilən sahəsindəki nadir şirkətlərdən biridir.
OERLIKON KAYNAK ELEKTRODLARI VE SANAYİ A.Ş. yarandığı müddətdən bugünədək müştərilərinin güvənini qazanmış Türkiyə və Beynəlxalq səviyyədə bir çok layihələrə Magmaweld brendi ilə öz töhfəsini vermişdir. Bunlar arasında Yavuz Sultan Səlim körpüsü, Osmangazi körpüsü, Nissibi körpüsü kimi iri layihələri qeyd etmək olar.
Müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərinin şəxsi istəkləri qarşısında müştəri məmnuniyyəti və ehtiyaclarına tam cavab verməyi özündə əsas vəzifələrdən biri olaraq tutmuş olan “Universal Pro” MMC şirkəti 2011-ci ildə OERLIKON KAYNAK ELEKTRODLARI VE SANAYİ A.Ş. ilə əməkdaşlığa başlamışdır və şirkətin istehsal etdiyi Magmaweld brendinin Azərbaycanda satışını həyata keçirən tək və rəsmi distribyutorudur. Şirkətin strategiyası müasir həll yollarına, tədqiqata və daimi inkişafa əsaslanır.
Qaynaqçılar üçün ən vacib məsələ fasiləsiz qaynaqdır, şirkətlər üçün isə davamlı istehsaldır. Magmaweld brendi bütün dünya üzrə metal konstruksiya sənayesində bu gözləntiləri yeni dizayn, formula və istehsal üsulları ilə ödəmək üçün yaradılmışdır.
Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555/ 012 447 00 44
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
45 d. əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
3 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
3 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
5 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)

















.jpg)

