Sığorta şirkətlərinin yığım və ödənişləri açıqlandı
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Bu il yığımlar, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
Belə ki, 2016-cı ilin 9 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanmış, bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil etmişdi.
Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 milyon 580 min manat təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42.7 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 861 min manat artaraq 281 milyon 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 22 milyon 302 min manat artaraq 147 milyon 726 min manata yüksəlib.
İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 846 min manat daha azdır. İcbari növlər üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 694 min manat azalaraq 40 milyon 854 min manat təşkil edib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















