Neft, OPEC ilə bahalaşmaqda davam edir
Brent nefti, OPEC-in və tərəfdaşlarının hasilatın azaldılması müqaviləsini uzadacaqlarının gözlənilməsilə bahalaşır. Bu baş verərsə, qlobal bazalarda neft təklifi daha da azalar və ABŞ-da hailatın artmasının təsirini aradan qaldıra bilər.
"Marja" xəbər verir ki, bu gün neft Londonda 0.6% də bahalaşıb. Qiymətlər ötən həftə, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın hasilatın azaldılması müqaviləsinin Mart ayından sonrakı dövrə uzadılmasını dəstəklədiyini qeyd etməsinin ardından bahalaşır.
Qətərin energetika naziri Məhəmməd Əl Səda, Dohada verdiyi açıqlamada, qlobal ehtiyatların azaldığını və qiymətlərin "ədalətli" səviyyəyə doğru yönəldiyini qeyd edib.
Cümə günü açıqlanan məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı keçən həftə cəmi bir ədəd artıb.
"Samsung Futures Inc"ın əmtəə analitiki Kim Kvangrae bildirib ki, Brent neftinin ötən həftə 60 dollar səviyyəsini keçdikdən sonra hələ də dəstək tapması maraqlıdır, çünki OPEC-in sazişi uzadacağı gözləntisi onsuz da böyük miqyasda qiymətlərdə əks olunmuşdu: "Bazar gözləntisi indilərdə daha yuxarı istiqamətlidir, ancaq ABŞ-da artan və yəqin ki, rekord səviyyələrə çata biləcək istehsal hazırda çox ciddiyə alınmır".
Bakı vaxtı ilə saat 07:30-da Brent nefti, Londonda ICE Futures Europe birjasında bareli 60.81 dollaradan, WTI nefti, Nyu-Yorkda Nymex birjasında 53.95 dollardan alıcı tapıb. Qiymətlər Cümə günü 2.4 faiz və ötən həftə isə 4.7% artıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 12 d. əvvəl
-
-
10 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Yaponiya Mərkəzi Bankı faizi dəyişdirmədi
Azercell 268 yeni baza stansiyası istifadəyə verib
Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
Ən çox oxunanlar
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ





.jpg)
.jpg)








.jpg)






