Azərbaycanlının dünyada analoqu olmayan layihəsi beynəlxalq konfransda!
Azərbaycanda start götürən “Onbranch” layihəsi Türkiyədə keçirilən “Startap İstanbul” beynəlxalq konfransında iştirak edib.
Dörd gün davam edən “Startap İstanbul” konfransı startapların inkişafı ilə məşğul olan Türkiyə şirkətləri tərəfindən bir çox ölkələrin İT sferasında işləyən aparıcı şəxsləri və onların layihələrini eyni məkanda birləşdirmək məqsədi ilə təşkil edilib. Konfransda 40-a yaxın ölkə iştirak edib, Yaxın Şərq, Asiya ölkələri, Ukranya, Rusiya, hətta Qərb ölkələrindən də iştirakçılar olub.
Tədbir həmçinin yarış xarakterli olub. Konfransa 20 minə yaxın startap layihəsi təqdim olunsa da, onlardan 100-ü final mərhələsinə seçilib və təsisçilər tədbirə dəvət olunub.
Konfransda müasir texnologiyalar ilə bağlı müxtəlif çıxışlar, panel müzakirələri olub. Bundan əlavə, seçilən layihələrin hər birinin təqdimatı keçirilib.
Azərbaycanın konfransda yeganə təmsilçisi “Onbranch” layihəsi olub. “Onbranch” layihəsi barədə təsisçisi Elçin Əskərov təqdimatla çıxış edib.
O, “Onbranch” sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib.
“Onbranch”ın üstünlüklərindən danışan E.Əskərov bu unikal layihənin dünyada analoqu olmadığını bildirib:
"Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər”.
"Onbranch”a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri “Onbranch” vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.
“Onbranch” istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.
İki ilə yaxın müddətdə hazırlanan bu platforma vasitəsilə istənilən məkanın idarəçisi ziyarətçilərini tanımaq, onlara real həyatda təqdim olunan xidmətləri vahid virtual zonada təqdim etmək, ziyarətçilərlə istər ümumi, istərsə də fərdi qaydada daha sıx və interaktiv ünsiyyət qurmaqla onlara məlumatları daha tez və daha fərqli şəkildə çatdırmaq kimi unikal imkanlar qazanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























