Apple-ın gəliri və mənfəəti artıb - 1 TRİLYONA AZ QALDI
Texnologiya nəhəngi Apple, bu ilin iyul-sentyabr dövründə gəlirinin və xalis mənfəətinin ötən ilin eyni dövrünə nisbətən artdığını açıqlayıb.
"Marja"nın məlumatına görə, Apple-dan bildiriblər ki, bu ilin iyul-sentyabr dövrünü, balansında dördüncü rüb kimi qəbul edən şirkətin gəlirləri keçən ilin eyni dövrünə nisbətən 12,2 faiz artaraq 52,58 milyard dollara yüksəlib.
Bundan başqa, Apple-ın cəmi gəlirinin 62%-nin beynəlxalq satışlardan əldə edildiyi bildirilib.
Şirkət, keçən ilin iyul-sentyabr dövründə 46,85 milyard dollar gəlir əldə etmişdi.
Açıqlamada, şirkətin xlis mənfəətinin də ötən ilin iyul-sentyabr dövründə 9,01 milyard dollardan bu ilin eyni dövründə 10,71 milyard dollara yüksələrək 18,9 faiz artım göstərdiyi məlumatına yer verilib.
Şirkətin bir səhmə düşən mənfəti 1,67 dollardan 2,07 dollara qalxıb.
iPhone və iPad SATIŞLARI ARTIB
Həmçinin, açıqlamada, Apple-ın iPhone ağıllı telefon, iPad planşet və Mac kompüter satışlarının da ildən ilə artdığı vurğulanıb.
Sözügedən dövrdə, iPhone satışları 2,5 faiz artaraq 46 milyon 677 minə, iPad satışları da 11,4 faiz yüksələrək 10 milyon 326 minə çatıb. Mac satışları da 10,2 faiz artımla 5 milyon 386 min nəfərə yüksəlib.
Şirkətin AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir bu dövrdə 34,5 faiz artımla 8,5 milyard dollara çıxıb, Apple TV və Apple Watch kimi məhsullardan əldə edilən gəlir də 36,3 faiz artaraq 3,23 milyard dollara çatıb.
Apple-ın gəlirinin və mənfəətinin bazar proqnozundan yüksək və müsbət olması Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda şirkətin səhmləri dəyər qazanıb.
Günü 168,07 dollardan bağlayan Apple səhmləri, şirkətin balansını açıqlamasının ardından 3,5 faiz qazancla 173,90 dollara qədər qalxıb. Şirkətin bazar dəyəri də təxminən 898 milyard dollar olub.
Analitiklər, Apple-ın səhm qiymətindəki artımın bu gün davam edə biləcəyini qeyd edərkən, şirkətin bazar dəyərinin 900 milyard dolların üzərinə çıxa biləcəyini vurğulayırlar.
Apple, yeni ağıllı telefon modeli iPhone X-u bu gün bazara çıxaracq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























