Vətəndaşlar Vergilərdən daha məmnun qalacaqlar - NAZİRDƏN GÖSTƏRİŞLƏR
Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ölkədə yaranmış əlverişli biznes mühiti vergi ödəyicilərinin sayının artması ilə nəticələnib ki, bu da, öz növbəsində, vergi nəzarətinin təmin edilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsini və vergi orqanı əməkdaşlarının məsuliyyətinin artırılmasını tələb edir.
Vergi inzibatçılığında yeni yanaşmaların tətbiq edilməsinin, inzibatçılığın səmərəliliyinin yüksəldilməsinin vacib olduğunu qeyd edən vergilər naziri vergi ödəyicilərinə xidmətin keyfiyyət və ünvanlılığının artırılmasının, hər bir vergi ödəyicisinə fərdi yanaşmanın təmin edilməsinin, sahibkarlıq subyektləri ilə kommunikasiyanın daha səmərəli formalarına üstünlük verlməsinin zəruriliyini xüsusi olaraq vurğulayıb.
Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, vergi sistemində həyata keçirilən bütün tədbirlər sistemli və koordinasiyalı xarakter daşımalı, daxili kommunikasiya daha səmərəli qurulmalı, vergi risklərinin təhlili və vergi ödəyicilərinə xidmət göstərən sahələrdən tutmuş vergi nəzarəti tədbirlərini həyata keçirən bütün strukturlar fəaliyyətlərini əlaqələndirməli və vergi orqanları qarşısında duran əsas vəzifələrin icrasına yönəltməlidirlər.
Kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.
Lakin bütün bunlara baxmayaraq, vətəndaşların qəbulu, eləcə də aparılan monitorinq və təhlillər zamanı vətəndaş müraciətlərinə baxılmasında hələ də nöqsanlara yol verilməsi ilə bağlı çoxsaylı suallar olduğu meydana çıxır. Bəzi hallarda vergi orqanları tərəfindən müraciətlərin dərindən və hərtərəfli araşdırılmaması səbəbindən vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olurlar. Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib. Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılmasını təmin etmək, habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçilər və ya onların səlahiyyətli nümayəndələri vergilər nazirinin birinci müavini və ya müvafiq sahəni kurasiya edən nazir müavinləri tərəfindən qəbul edilməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir. Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.
F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik departamenti, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.
Kollegiyada gündəlikdə duran məsələlər barədə ətraflı müzakirələr aparılıb.
Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin struktur vahidlərinin və bölmələrinin bütün imkanlarının vergi orqanları qarşısında duran vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret göstərişlər verib.
Kollegiyanın qərarı ilə vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, vergi ödəyicilərinin narazılıqlarına səbəb olan halların və vergi oranlarına daxil olan ərizə və şikayətləri doğuran səbəblərin aradan qaldırılması istiqamətində əlavə və təsirli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar müəyyən edilib. Bununla yanaşı, Vergilər Nazirliyininstrukturlarının koordinasiyalı fəaliyyətinə nəzarətin gücləndirilməsi, müvafiq struktur vahidlərinə büdcə proqnozları ilə bağlı mövcud potensialın təhlil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması, habelə xarici investisiyalı şirkətlərlə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi ilə bağlı təkliflərin verilməsi tapşırılıb.
Xatırladırıq ki, kolegiya iclasından bir neçə gün əvvəl vergilər nazirinin əmri ilə Nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 28 d. əvvəl
-
31 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























