Dollar ilə valyuta əməliyyatları 20 faizdən çox azalıb

“2017-ci ilin 9 ayı ərzində valyuta vazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalmışdır. Belə ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 20.4%, Avro ilə əməliyyatların həcmi isə 7% azalmışdır”.
“Marja” xəbər veri rki, bu barədə Mərkəzi bankın Pul Siyasəti İcmalında deyilir.
Valyuta bazarında dövriyyə ABŞ dolları ilə 13 milyard 830 milyondan 11 milyard 12 milyon dollara, Avro ilə 1 milyard 808 milyondan 1 milyard 681 milyon avroya düşüb. Qeyd olunur ki, dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17 %-i digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 58.1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BDVB-də isə valyuta əməliyyatlarının 95.6%-i hüquqi şəxslərə valyuta satışı təşkil etmişdir. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilmişdir. Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. ABŞ dolları xalis alış həyata keçirilmişdir ki, bu da manatın stabilliyi ilə əlaqədardır.
Makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, makroiqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar məzənnə rejiminin çevikliyinin daha da artırılmasına əlverişli zəmin yaratmışdır. Məzənnə rejiminin çevikliyinin artırılması çərçivəsində Mərkəzi Bank 12 yanvar 2017-ci il tarixindən başlayaraq valyuta hərracı mexanizminə dəyişikliklər etmişdir. Bu dəyişikliklərə uyğun olaraq hərraca çıxarılan valyuta təklifi bazar iştirakçılarının təklif etdiyi qiymətlər əsasında reallaşdırılır. Başqa sözlə, hərrac daha yüksək qiymət təklif edən bankdan daha aşağı qiymət təklif edən banka doğru valyutanın satılması ilə yekunlaşır.
Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
Eyni zamanda xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (+4%) 12 yanvar 2017-ci il tarixindən aradan götürülmüşdür.
72 HƏRRAC KEÇİRİLİB
2017-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 72 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 2 milyard 486 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 37.3% azdır.
Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberq platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 811.7 mln. ABŞ dolları olmuşdur.
Cari ilin 9 ayı ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Valyuta bazarında tələbtəklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilmişdir. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
18 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
