Neft Fondu 10,6 milyard qazanıb, 12 milyard xərcləyəcək
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 10 milyard 676,4 mmilyon manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5 milyon manat və ya 1,3% azdır.
Bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentin 5 komitəsinin birgə iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı bildirib.
Qeyd olunan məbləğin 9 milyard 723,8 milyon manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.
Fondun 2018-ci il büdcəsinin xərcləri 11 milyard 986,5 milyon manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 milyard 223,9 milyon manat və ya 21,2% azdır.
ARDNF-in xərclərinin 9 milyard 216,0 milyon manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 milyard 754,3 milyon manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun gəlirləri 3 milyard 578,76 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.
Fondun xərclərinin gəlirləri qədər (3 milyard 578,76 milyon manat) olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.
Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.
Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3 407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
18 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
43 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























