Cənubi Koreya Azərbaycana çəltik texnikaları satmağa çalışır
Noyabrın 14-də Masallıda çəltikçiliklə məşğul olan fermerlərlə cənubi koreyalı mütəxəssislərin işgüzar görüşü keçirilib.
Rayon icra hakimiyyətində keçirilən görüşün iştirakçıları əvvəlcə Koreya Respublikasında istehsal olunan və çəltikçilik sahəsində işlədilən kənd təsərrüfatı texnikalarının videogörüntüsünə baxıblar.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Bildirilib ki, dövlətimizin başçısının çəltikçiliyin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlətin maliyyə dəstəyi daha da gücləndirilib.
Koreya Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Ülvi Vəliyev və cənubi koreyalı mütəxəssislər çəltik istehsalatında işlədilən texnikalar barədə məlumat veriblər.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə çəltikçiliyin inkişafı üçün geniş imkanların yaradıldığını bildirib. Qeyd olunub ki, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Diqqətə çatdırılıb ki, Masallı rayonunda çəltikçiliyin inkişafı sahəsində ardıcıl tədbirlər reallaşdırılır. Bu il 400 hektara yaxın örüş və kolluq sahəsi əkin dövriyyəsinə cəlb edilib ki, həmin ərazidə də Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb.
Qeyd olunub ki, çəltikçiliklə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev bu yaxınlarda Koreya Respublikasında seminarlarda iştirak edib.
İşgüzar görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra qonaqlar rayondakı çəltik zavoduna baş çəkib, Masallı Sənaye Məhəlləsində işlərin gedişi ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
8 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 18 d. əvvəl
- 36 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
13 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















