Şirkətlərdən 53 milyon pul yığılacaq - İşsizlikdən sığorta fondunun büdcəsi açıqlandı
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində proqnozlaşdırılıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib.
Nazir bildirib ki, gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 mln. 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 mln. 726 min 212 manat, digər sığortaedənlər 53 mln. 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.
Nazir fondun xərclərinin istiqamətlərini də açıqlayıb. Belə ki, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 mln. 478 min manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 613 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 150 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 mln. 802 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 mln. 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 mln. 709 min manatın yönəldilməsi nəzərdə tutulur.
Nazir əlavə edib ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























