Manat əmanətinin faizləri aşağı düşür - TÜRKİYƏ BANKLARINA ÜSTÜNLÜK VERİLİR
Azərbaycan vətəndaşları əmanət yerləşdirməkdə Türkiyə banklarının Azərbaycandakı törəmələrinə -"Yapı Kredi Bank Azərbaycan" və "Ziraat Bank Azərbaycan"a daha çox etibar etməyə başlayıblar.
"Marja"nın məlumatına görə, bir sıra vətəndaşlar Türkiyə banklarını daha etibarlı hesab edirlər. Halbuki, illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz dərəcəsilə banklara yatırılan əmanətlər Azərbaycan dövləti tərəfindən 3 il müddətində tam sığortalanır.
Türkiyə banklarına üstünlük verənlər bildirirlər ki, fors-major hallarda belə, Türkiyə bankları onların pullarını qaytaracaqlar və əziyyət çəkməyəcəklər. Çünki bu banklar Türkiyədə böyük nüfuza və maliyyə imkanına malikdirlər.
Azərbaycanda Türkiyə banklarına əmanət axını artır. Tələb böyük olduğundan faizlər də aşağı düşür. Ziraat Bank Azərbaycan müddət sonunda faiz ödənişli standart əmanətin faizini 12 aylıq müddət üçün 9%-ə, Yapı Kredi Bank Azərbaycan isə 11%-ə salıb. Faiz ödənişləri aylıq olduqda bu nisbətlər daha da aşağı düşür.
Adətən etibarlılıq artdıqca faizlər aşağı düşür. Əmanət faizlərinin yüksək olması riskin də yüksək olmasına işarə ola bilir.
Manat əmanətlərinin faiz dərəclərinin aşağı düşməsinin digər bir səbəbi dollarlaşmanın azalması və banklara yenidən əmanət qoyuluşunun artmağa başlamasıdır.
Digər bir səbəb banklarda likvidliyin yüksək omasıdır. İndi kreditlərə tələb azaldığından və bankların kredit vermək üçün kifayət qədər vəsaitləri olduğundan maliyyə təşkilatları yüksək faizlə əmanət qəbulunda maraqlı deyillər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























