Azərbaycanın konserv zavodları ciddi ziyana düşə bilərlər
Lənkərandakı Konserv zavodlarının işi çətinə düşüb. Məhsul azlığından tam gücü il işləyə bilməyən emal müəssisələri belə getsə ciddi ziyanla üzləşəcəklər.
"Marja" xəbər verir ki, feyxoa məhsulunun azlığı səbəbindən bu il Lənkərandakı zavodlar tam gücü ilə işləyə bilmir, nəticədə də bankaların yarısı boş qalıb.
Qafar Qurbanov Konserv Zavodunun tədarük müdiri: “Gündəlik emal 10 tondur. Amma biz heç 5 ton da yığa bilmirik. Bəzən elə olur 2 ton olur. Məcburi istehsal dayanır”
Nəticədə də payız-qış fəslində əsasən subtropik meyvə olan feyxoa hesabına fəaliyyətini davam etdirən zavodlar ziyanla işləyir. Həm yerli, həm də xarici bazarlara məhsul çıxaran zavodlar tələbatı nəzərə alaraq ötən il istehsalın həcmini 2 dəfə artırıblar. Amma ümidləri boşa çıxıb.
Cavid Aslanov, Koserv zavodunun istehsalat rəisi:“Xətt sayımızı da, xammal tələbatımızı da 2 dəfə artırdıq. Günlük tələbatımız 15-20 ton arasındadır. 1 miqdar 15-20 ton aldıq. Amma hazırda feyxoa azalıb. Az miqdar daxil olduğu üçün bizdə də boşdayanmalar olur”
Konserv Zavodunun tədarük müdiri Qafar Qurbanov: “Hər il davam edirdi noyabrın axırı, dekabrın əvvəli hətta 5-10 günədək çəkirdi. Amma bu il artıq feyxoa tükənib, demək olar ki, yoxdur. Gündəlik 300-400 kq yığa bilmirik.”
Təsərrüfatçılar isə bildirir ki, yayda və payız fəslinin ilk ayında havaların əlverişsiz keçməsi məhsuldarlığa təsir etdi. Ona görə də əvvəlki illərlə müqayisədə az məhsul toplaya biliblər.
Təsərrüfat sahibi Vahid Qubadov: “Keçən il götürmüşdük 7-8 ton. Quraq olduğuna görə 70-80 kiloqram məhsul verirdi. Hər ağacdan bu il 50 faizdir. Oktyabrın əvvəlində dağlara qar yağması nəticəsində məhsuldarlıq bir az da aşağı düşdü”.
Daha sərfəli olduğundan iri feyxoanı Rusiyaya daşıyaraq iş adamlarına satan təsərrüfatçılar zavodlara yalnız xırda məhsulun bir qismini təhvil veriblər. Hazırda çox az təsərrüfatlarda xırda məhsulun yığımı davam edir.
Qafar Qurbanov Konserv Zavodunun tədarük müdiri: “Biz onların ünvanlarını bilsək müraciət etsələr biz onların hətta qapılarından da yığa bilərik .Hazırda orta ölçülü feyxoanı 45-50 qəpik civarında qəbul edirik.Yerində də elə həmin qiymətə götürərik”
Cavid Aslanov-Koserv zavodunun istehsalat rəisi:“Bizim zavodumuz hazırda feyxoa alımını davam etdirir. Ehtiyacımız da var. Birbaşa özləri gətirsələr onlar üçün daha sərfəli olar”
Lənkəranda 487 ha sahədə feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində hər hektardan 6 tondan çox feyxoa yığılır.
© ARB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
13 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)








.jpg)







