Başladığınız işi necə bitirmək olar?
Neçə dəfə olub ki pəhrizə başlamısınız, ancaq cəmi bir neçə gündən sonra dayandırmısınız? Neçə dəfə məşq etməyə, qaçmağa, yaxud da üzməyə başlamısınız, ancaq bir müddət sonra davam etməmisiniz? Bəs neçə dəfə olub ki, siqarət və ya yaxud digər hər hansı bir pis vərdişinizi tərgitmək istəmisiniz, ancaq səbr edə bilməyib yenidən onun cazibəsinə düşmüsünüz? İnsanların əksəriyyəti qoyduqları hədəflərə çatmadan ondan vaz keçirlər. Hər yeni ildə qəbul etdiyiniz qərarlara nəzər salın. Onlardan hansını axıracan reallaşdırmısınız?
Başladığınız işi bitirməmək, onu yarımçıq qoymaq və ya imtina etmək olduqca asandır. Bəs insanlar niyə işlərini sona çatdırmırlar?
Hədəflərə və məqsədlərə çatmaq müəyyən səy tələb edir. Ancaq yemək yemək, içki içmək, siqaret çəkmək, bayıra çıxmaq və yaxud əylənmək üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Bunu arıqlamaq, məşq etmək, bodibildinqlə məşğul olmaq və yaxud dil öyrənmək haqqında söyləmək olmaz.
İmtina edərək nə qazanacaqsınız? Böyük ehtimalla intiamsızlığınız ucbatından özünüzü pis hiss edəcək və özünüzə haqq qazandırmağa çalışacaqsınız. Bir müddət sonra sizin etmək istədiyinizi edən və güclü daxili intizam sayəsində bunu bacaran insanlarla qarşılaşa bilərsiniz. Bu kimi hallar, əksər hallarda, paxıllıq və qəzəb hissi oyadır.
Vazkeçənlər ilə həmin işin öhdəsindən gələnlər arasındakı fərq iradənin gücündədir. Onların bunu bacarmaq üçün səbr və iradələri var, ancaq sizin yoxdur. Siz, əlbəttə, onların şanslı olduğunu deyə bilərsiniz, ancaq bunun şansla əlaqəsi yoxdur. Bu tamamilə iradədən asılıdır və ona siz də sahib ola bilərsiniz. Onlar istədiklərini əldə etdikdən sonra ondan həzz ala bilərlər.
Uğurlu insanlar bəzi həzzlərindən, tənbəlliklərindən və fəaliyyətlərindən müəyyən müddət üçün imtina etməyə hazırdırlar, çünki bunun ardınca daha çox şey qazanacaqlarını bilirlər. Bu cür insanlar arıqlamaq, pis vərdişləri tərgitmək və müxtəlif məqsəd və vəzifələrə nail olmaq üçün daxili intizam və iradədən istifadə edirlər.
Təhsil alan, hansısa bir dərəcə qazanan və ya yaxşı iş tapan insanlar var. Həmçinin, bir çox insan, başlanğıcda çətin olsa da, xarici dil öyrənmək üçün vaxt xərcləyir, digərləri üzməyə, qaçmağa və məşq etməyə davam edir. Bəzi insanlar da yeni biznes yaradır və yaxud vəzifəsində yüksəlir. Bu insanların hamısı irəliləmək və inkişaf etmək üçün daxili intizama sahibdir.
Başladığınız işi heç vaxt yekunlaşdırmırsınızsa, necə uğur qazana bilərsiniz? Bu xüsusiyyətdən xilas olmalı və başladığınız işi bitirmək vərdişi qazanmalısınız. Bunun üçün edə biləcəyiniz bir neçə şey var:
- İntizam və iradənin gücünü anlayana qədər bu məqalədə oxuduqlarınızı bir neçə dəfə təkrarlayın.
- Tanıdığınız uğurlu insanlar haqqında düşünün və digər müvəffəqiyyətli insanların müəyyən bir işi yerinə yetirmək və yaxud qərar qəbul etmək üçün nə etdiklərini öyrənmək üçün onlar haqqında oxuyun. Onlar yeni biznesə başlamaq və ya qərar qəbul etmək məsələsində çox həvəsli idilər. Onların nə ilə məşğul olduqlarını, özlərini necə motivasiya etdiklərini, niyə vaz keçmədiklərini və nəyə əsaslandıqlarını öyrənin.
- Fəaliyyətə kiçik, çox vaxt və əmək tələb etməyən layihələrlə başlayın. Bu özünüzə güvən qazanmağınıza və tənbəlliyin öhdəsindən gəlməyinizə kömək edəcək.
- Daxili intizam məşqləri edin.
- Kiçik və yaxud böyük bir layihəyə başlamazdan əvvəl atmalı olduğunuz addımlar haqqında düşünün və necə irəliləcəyinizi planlaşdırın.
- Motivasiyanız azaldıqda, layihənizin və yaxud hədəfinizin faydaları və onu reallaşdırdıqdan sonra nələr qazanacağınızı düşünün.
- Ətrafınızda ehtiyac olduqda sizi motivasiya və təşviq edəcək insanlar olmasına çalışın.
Bu mövzuda ən yaxşı motivasiya verəcək kitabları aşağıdakı siyahıdan ala bilərsiniz:
- “Dahilər və digərləri. Bəzi insanlar niyə daha çox uğur qazanırlar?” Malkolm Qladvel
- “Yüksək effektli insanların 7 vərdişi” StivenKovi
- “Hər şeyə rəğmən bacaranlar” Dr. YaşarAtəşoğlu.
- “Siqareti tərgitməyin asan yolu” Alan Kar
Readit.az saytında bu kitabların qısa məzmununu cəmi 1 manata əldə edə bilərsiniz, odur ki, şəxsi və professional inkişafınızı təxirə salmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























