Bazarın 30%-nə xarici kapitallı banklar nəzarət edir
Kreditlərdə özəl banklar dominatlıq edir
2017-ci ilin Oktyabr ayının sonuna bankların və bank olmayan kredit təşkilatlarının cəmi kredit qoyuluşları 12 milyard 152.2 milyon manat təşkil edib.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, kredit qoyuluşlarının 11 milyard 731.9 milyon manatı bankların, 420.2 milyon manatı və ya 3,5%-i qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Diqqəti cəlb edən, kredit qoyuluşlarında dövlət banklarının xüsusi çəkisinin azalmasıdır.Ötən ilin sonunda 35% olmuş bu nisbət Oktabr ayının sonunda 17.6%-ə düşüb. 12 milyard 152.2 milyon manat kreditlərin 2 milyard 144.8 milyon manatı dövlət bankları tərəfindən verilib. Halbuki, ötən ilin sonunda 16 milyard 444.6 milyon manat kreditin 5 milyard 749.2 milyon manatı dövlət bankları tərəfindən verilmişdi. Dövlət banklarının kredit qoyuluşları 4 milyard 292,4 milyon manat azalıb. Azalmanın əsas səbəbi Beynəlxalq Bankın sağlamlaşdırılmasıdır.
2005-ci ildə dövlət banklarının kredit qoyuluşlarında xüsusi çəkisi 51.9%, 2009-cu ildə 46.5% təşkil etmişdi.
ÖZƏL BANKLARIN KREDİT QOYULUŞLARI 635 MİLYON MANAT AZALIB
Bu ilin 10 ayı ərzində özəl bankların kredit qoyuluşlarında xüsusi çəkisi 62.2%-dən 78.9%-ə yüksəlib. 12 milyard 152.2 milyon manat kredit qoyuluşlarının 9 milyard 587.1 milyon manatı özəl bankların payına düşüb. Ötən ilin sonunda 16 milyard 444.6 milyon manat kredit qoyuluşlarının 10 milyard 222 milyon manatı özəl bankların payına düşürdü. Beləliklə, ötən ilin sonu ilə müqayisədə özəl bankların kredit qoyuluşları 634,9 milyon manat azalıb.
XARİCİ KAPİTALLI BANKLAR BAZARIN 30%-NƏ NƏZARƏT EDİR
Oktyabr ayının sonunda kredit qoyuluşlarının 31%-i və ya 3 milyard 772.1 milyon manatı xarici kapitallı bankların, bundan 9%-i və ya 1 milyard 89.5 milyon manatı 100% xarici kapitallı bankların payına düşüb. Bu nisbətlər ötən ilin sonunda müvafiq olaraq 26.3% və 7.6%, məbləğ ifadəsində isə 4 milyard 328.8 milyon manat və 1 milyard 248.8 milyon manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)




