Bitcoin 20 il sonra neçəyə olacaq?
"Social Capital"dan Chamath Palihapitiya Bitcoinin qiymətinin qarşıdakı 20 il ərzində 1 milyon dollar səviyyəsinə çatacağını proqnozlaşdırdı.
Chamath Palihapitiya Bitcoin-ə ən erkən dövrlərdə investisiya qoyan investorlardan biridir. O Bitcoini qiyməti 100 dollar səviyyəsində olanda almışdır.
"Marja" xəbər verir ki, CNBC-yə qatıldığı bir proqramda danışan Palihapitiya, Bitcoinin növbəti 3 ilə 4 illik müddətdə 100 min dollara çatacağını və 20 illik müddət ərzində də 1 milyon dollara çatacağını proqnozlaşdırıb.
Chamath Palihapitiya, kripto valyutanın qarşısında hələ də uzun bir yol olduğuna inanır. İnvestor və Silikon vadisindəki digər iki dostu 2013-ci ildə dövriyyədə olan Bitcoin-lərin 5%-ni alıblar.
Palihapitiya investorların hazırda sahib olduqları pullarının 1%-ni kripto valyutaya yatıracağına inanır. Onun sözlərinə görə, mərkəzi banklar sonsuza qədər pul kəsməyəcəklər və gec-tez kriptovalyutaların əhəmiyyəti artacaqdır.
Palihapitiya "Social Capital"ın qurucu ortağıdır və İcraçı direktoru vəzifəsində işləyir. O, daha əvvəl, Facebook-un yüksək səviyyəli rəhbər komandası arasında yer alırdı. Şirkətinin idarə etdiyi aktivlərin məbləği 2.6 milyard Dollar səviyyəsindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ

























