Azərbaycanda markaların qiymətləndirilməsinə başlandı
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi tərəfindən əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb.
Bu barədə "Marja"ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.
Əmtəə nişanının qiymətləndirilməsi hansı hallarda faydalıdır?
- Nizamnamə kapitalının artırılması zamanı, yəni qeyri-maddi aktiv kimi əmtəə nişanına olan hüquq nizamnamə kapitalını formalaşdıra bilər;
- Əmtəə nişanına olan hüququn alqı-satqısı zamanı qiymətin əsaslandırılması məqsədilə;
- Biznesin bütünlüklə satılması zamanı əmtəə nişanının qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir;
- Əmtəə nişanından istifadəyə dair lisenziya və françayzinq müqavilələrinin bağlanması zamanı royaltinin dərəcəsini müəyyən etmək məqsədilə;
- Saxta mal və xidmət göstərildiyi zaman vurulmuş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə;
- Müəssisə tərəfindən kredit alınması zamanı əmtəə nişanın girov qoyulması məqsədilə;
- Biznesin idarə edilməsi və vergitutmanın optimallaşdırılması məqsədilə. Bu, rəhbərlərə mülkiyyətdən effektiv istifadə etməyə və marketinq qərarları qəbul etməyə kömək edir.
- Müəssisələrin yenidən təşkili zamanı qovuşan və birləşən hüquqi şəxslərin aktivlərinin dəyərləndirilməsi məqsədilə əmtəə nişanına hüququn qiymətləndirilməsi zəruridir.
Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi məhz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartının hazırlanması və tətbiqini qaçılmaz edən əsas amillərdəndir.
Əqli mülkiyyət obyekti hüquq sahibinə illər keçdikcə daha çox qazanc gətirmək qabiliyyətinə malikdir. Əmtəə nişanına mülkiyyət hüququ qeyri-maddi aktiv olduğu üçün qiymətləndirmə rəyi ilə müəyyən edilmiş dəyər mühasibat uçotunda əks olunur və gələcəkdə biznesin qiymətləndirilməsi, satılması, kredit və ssuda alınması, investorlar və potensial partnyorların cəlb edilməsi zamanı həlledici rol oynaya bilər. Əmtəə nişanına hüququn qiymətləndirilməsi bir çox hallarda həm də işgüzar nüfuzun göstəricisi hesab olunur.
Patent və Əmtəə Nişanları Mərkəzi əmtəə nişanı üzərində hüquq sahiblərini bu xidmətdən yararlanmağa dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






