Trump, Dolları gücləndirəcəyi bildirilən Vergi güzəştləri qanununu imzaladı
ABŞ Prezidenti Donald Trump, ölkənin vergi sistemində son 30 ilin ən böyük dəyişikliklərini ehtiva edən 1,5 trilyon dollarlıq vergi güzəştləri layihəsini imzalayıb.
"Marja" xəbər verir ki, Trumpın imzası ilə qüvvəyə minən vergi paketi, Ağ Evin builki ən böyük qələbəsi oldu.
Trump, Konqresdən də keçən "Vergi Güzəştləri və Məşğulluq" qanununu, Oval Ofisdə keçirilən mərasimdə imzalayıb.
Qanun ölkənin vergi sisteminə 1980-ci illərdən bəri ən böyük dəyişiklikləri gətirir.
Layihə çərçivəsində qüvvəyə minəcək vergi güzəştləri, Prezident Trumpın ən əhəmiyyətli seçki vədləri arasında yer alırdı.
İqtisadçılar, vergi sistemində aparılacaq dəyişikliklərin gələcək bir neçə ildə iqtisadi inkişafı yüngül qaldıracağını təxmin edir. Bir sıra iqtisadçılar isə, vergi güzəştlərinin ABŞ-da iqtisadi inkişafın daha da sürətlənməsinə, ABŞ şirkətlərinin xaricdəki pullarını geri gətirmələrinə və nəticədə Dolların güclənməsinə səbəb olacağı bildirilir.
VERGİ GÜZƏŞTLƏRİ
Konqresin iki ayrı palatasında Respublikaçılar tərəfindən razılaşdırılmış yeni layihə, ABŞ şirkətlərinə mənfəət vergisinin 2018-ci ildən etibarən 35%-dən 21%-ə endirilməsini nəzərdə tutur.
Layihə, ölkədəki fərdi ödəyicilərə tətbiq olunan vergi dərəcələri baxımından da əhəmiyyətlidir. Beləki, fərdi gəlir vergisi dərəcələri fərqli gəlir qruplarına görə 10, 12, 22, 24, 32, 35 və 37% olmaqla 7 mərhələdə tətbiq ediləcək. Hazırda ABŞ-da mövcud fərdi gəlir vergisi fərqli gəlir qruplarına görə 10, 15, 25, 28, 33, 35 və 39,6% səviyyəsindədir.
İCBARİ TİBBİ SIĞORTA LƏĞV EDİLƏCƏK
Vergi layihəsində həmçinin, keçmiş Prezident Barak Obama tərəfindən icbari hala gətirilən tibbi sığortanın 2019-cu ildən etibarən yenidən istəyə bağlı olması yer alır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















