"İqtisadiyyata 225 milyard dollar həcmində investisiya yatırılıb”
“2003-2017-ci illərdə milli iqtisadiyyat 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,6 dəfə artıb, strateji valyuta ehtiyatları 26,2 dəfə çoxalaraq bu ilin oktyabr ayının əvvəlinə 42 milyard dollar səviyyəsinə çatıb, iqtisadiyyata 225 milyard dollar həcmində investisiya yatırılıb”.
Bu barədə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Nazir bildirib ki, “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildəki 69-cu yerdən 34 pillə irəliləyərək 2017-ci ildə 35-ci yerə yüksələn Azərbaycanda eyni zamanda bütün çadır düşərgələrinin ləğvinə, məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salınaraq bu təbəqədən olan 250 min insanın mənzil şəraitinin yaxşılaşdırılmasına nail olunub, 3 mindən çox məktəb, 600-dən artıq tibb ocağı, 40-dan çox olimpiya idman kompleksi tikilib və hazırda da bu proses davam etdirilir.
“2003-2016-cı illərdə əhali gəlirlərinin 8 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu artım tendensiyası 2017-ci ildə də davam edib və cari ilin 11 ayında əhalinin nominal gəlirləri 8,2 faiz artaraq 43,4 mlrd manata, adambaşına düşən gəlirlər 7,2 faiz artaraq 4459 manata çatıb. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən cəmi 9 il sonra - 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulsa da, bu məqsədlərin icrasında, xüsusən də yoxsulluğun azaldılmasında böyük nailiyyətlərə imza atan ölkələrdən biridir. Məqsədyönlü dövlət proqramları, kompleks tədbirlər nəticəsində yoxsulluğun 5 faiz səviyyəsinə qədər azaldığı Azərbaycan BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gündəliyindəki öhdəliklərin icrasında da fəal iştirak edir. Məqsədlərdən səkkizincisi inklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu nəzərdə tutur”, - deyə S.Müslümov vurğulayıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























