Vətəndaşlardan pul yığan yeni sistem - VİDEO
Yeni nəsil ferma oyunu ilə Azərbaycandan yığılan pullar Kipirə, sonra da Türkiyəyə transfer edilir.
Türkiyədə yaradılmış və virtual sistemlə yüksək qazanc vədi müqabilində vətəndaşlardan pul yığan "Çiftlik Bank" Azərbaycan vətəndaşlarına da təklif olunur.
“Marja” xəbər verir ki, sistem Azərbaycanda müxtəlif üsullar ilə reklam edilir. Azərbaycan istifadəçiləri üçün "Facebook" səhifəsi də yaradılıb.
“Yeni nəsil ferma oyunu - “Çiftlik Bank”. Sən də elə indi üzv ol və qazanmağa başla!” şüarı ilə yayılan reklamda qeyd olunur ki, üzvlük ödənişsizdir.
“İlk öncə https://az.ciftlikbank.com/index.html?ref=2EJLJ5 ünvanında ödənişsiz üzvlük yaradırsınız. Oyuna başlayarkən, sizə bir ədəd Manisa toyuğu və bir qızıl (oyun pulu. 1 qızıl = 1 dollar) hədiyyə verilir. Yem alıb heyvanı yemləyirsiniz, məhsul istehsal olunanda (yumurta) onu SAT panelinə klik edərək satırsız və Sizin oyun hesabına satışdan qazandığınız pul oturur. Nəzərinizə çatdırım ki, heyvan bazarında inək, keçi, toyuq, arı kimi də satışda olan heyvanlarımız var.Oyun içərisindəki, heyvan satınalmalarınız ilə bağlı olaraq qazanc əldə edirsiniz. Yekun qazancları “heyvan bazarında” görə bilərsiniz. Ayrıca hər büdcəyə uyğun heyvanlarımıza yenə də heyvan bazarı bölməsindən baxa bilərsiniz. Oyunu oynadığınız təqdirdə Sizə deyilən qazancları il ərzində əldə edə bilər və istədiyiniz vaxt minumum 10 dollar (1 qızıl = 1 dollar) nominalında qazancınızı hesabınızdan çıxarda bilərsiniz”.
“ÇİFTLİK BANK” NƏDİR?
Yaradılan internet https://ciftlikbank.com saytında "Çiftlik Bank" belə tanıdılır: "Çiftlik Bank özünü nə qədər bir oyun kimi təqdim etsə də əslində böyük qazanclar əldə edə biləcəyiniz bir investisiya vasitəsidir. İnvestisiyalar ilə müxtəlif heyvanlar satın ala və "Çiftlik Bank" saytına edəcəyiniz mütəmadi səfərlər ilə real pul qazanırsınız. "Çiftlik Bank" isə sizin investisiyalarınızı (pullarınızı) həqiqi mənada heyvan və ərazi satın alışları ilə qiymətləndirir. Sistemdə heyvanların ömrü ümumi olaraq 365 gündür. Saanen keçisi bu məsələdə istisnadır və ömrü 700 gündür. Qoyduğunuz məbləği 4-6 ay arasında geri almış olursunuz və bundan sonrakı aylar qazandığınız hər qəpik sizin mənfətinizə yazılır. Heyvanın virtual ömrü sona çatanda o heyvandan daha çox gəlir əldə edə və yeni investisiyalar etməyiniz lazımdır. Ardıcıl və məntiqli bir şəkildə "Çiftlik Bank"da vaxt keçirdiyinizdə etdiyiniz 1000 TL-lik bir investisiya 1 il sonra sizə ən az 2200 TL olaraq geri qayıdır. Maksimum səviyyədə istifadə etməniz vəziyyətində isə 1000 TL investisiya ilə 2800 TL-yə qədər qazana bilərsiniz".
"Çiftlik Bank"ın saytında qeyd olunur ki, Türkiyənin müxtəlif rayonlarında fermaları, ət, süt və yumurta müəssisələri, kolbasa, sosiska, yumurta, bal, hazır yeməklər və çərəzlər satan 81 dükanı (şarküteri) mövcuddur. Fermaların, müəssisələrin və mağazaların fotoları da saytda (https://ciftlikbank.com/photogallery.php?lan=tr) yerləşdirilib. Bu müəssisələrin investorların pulları ilə yaradıldığı bildirilir.
BANK İFLAS EDƏRSƏ?
İnternet səhifəsindəki verilən məlumatlarda,"Çiftlik Bank"ın hər hansı bir səbəbdən iflas etməsi vəziyyətində, şirkətin yatırılan əsas pulu geri qaytaracağı iddia edilir və zəmanət olaraq imzalı bir saziş göstərilir. Ən azı 5000 lirəlik bir sərmayə qarşılığında sazişin 15 gün ərzində qeyd olunan ünvana gələcəyi də qeyd olunan məlumatlar arasında yer alır.
RƏSMİ ORQANLAR HƏRƏKƏTƏ KEÇİB
"Çiftlik Bank" haqqında Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin müraciəti ilə prokurorluqda cinayət işi açılıb. Həmçinin ölkənin Gömrük və Ticarət Nazirliyi də hərəkətə keçib.
Nazirliyin müfəttişləri "Çiftlik Bank"da araşdırmalar aparırlar.Hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi İstehlakçının Hüquqlarının Qorunması və Bazar Nəzarəti Baş İdarəsi və Reklam Palatasına da təqdim olunacaqdır. Əgər qanun pozuntusu olarsa lazımı tədbirlər görüləcəkdir.
NAZİR: ŞİKAYƏTLƏR ÇOXALIB
Gömrük və ticarət naziri Bülənd Tüfenkci, şirkətdə aparılan araşdırma ilə bağlı danışıb. DHA-ya açıqlamalar verən Tüfenkci, " Mal alqı-satqısının real olaraq edilmədiyi belə mexanizmlər hər zaman vətəndaşı gözləmədiyi nöqtəyə apara bilər. Xüsusilə istehlakçılarımızın diqqətli olmasını istəyirik. Çünki gələn şikayətlər çoxalıb və biz Gömrük və Ticarət Nazirliyi olaraq istintaq başladıq. İşçilərimizin araşdırmalarını başa çatdırmasını gözləyirik. Aparılan araşdırmalar nəticəsində də lazımi işləri görəcəyik. İndi gözləyirik, amma mən yenə də bu məsələdə vətəndaşlarımıza xəbərdarlıq edirəm. Bu sistemdən şikayətlər artıb",- deyib.
İSTEHLAKÇI MÜRACİƏT MƏRKƏZİNDƏN XƏBƏRDARLIQ
Sistem haqqında bir xəbərdarlıq da Türkiyənin İstehlakçı Müraciətləri Mərkəzinin fəxri sədri Aydın Ağaoğlu tərəfindən edilib. Ağaoğlu, "İstehlakçılara bunu demək istəyirəm: 1 qoyub 3 götürməyə həvəslənməyin. Bu ölkədə hər qazancın bir vergisi var. Sən qazancını necə təsdiqləyəcəksən, vergini necə verəcəksən? Haradadır bu zamanda bir qoyub 3 ayda 3 misli qazanc?Əgər bu sistemlə pul toplayıb, real biznesə sərmayə şəkilində yatırılırsa Bank Bazarını Tənzimləmə və Nəzarət Palatasından (BDDK), qiymətli kağızalara yatırılırsa Kapital Bazarları Palatasından (SPK) icazə alınmalıdır" deyə bildirib.
İstehlakçı Qanununun 80-ci maddəsinə görə, piramida satış sisteminin qadağan olduğuna diqqəti çəkən Ağaoğlu, vətəndaşların boş xəyallara qapılaraq pullarını verməmələrini istəyib. Ağaoğlu, "Bu cür əməliyyatlara girişənlər örtülü olaraq da etsələr, yəni bir mal alıb-satan kimi davransalar, Türk Cəza Qanununun müvafiq müddəalarına əsasən dələduzluqda cəzalandırılacaqlar" ifadələrini istifadə edib.

Bütün bu səsləndirilən neqativ fikirlərə baxmayaraq, "Çiftlik Bank" sahibi "Fame Game A.Ş" şirkəti, Konyanın Tuzlukçu rayonunda növbəti fermasının təməlini qoyub. Təməlqoyma mərasimində şirkətin 25 yaşlı İcraçı direktoru Mehmet Aydın da iştirak edib. O, bütün iddiaların yalan və əsassız olduğunu bildirir. Onun sözlərinə görə, medianın yazdıqları o cümlədən aparılan araşdırmalar yalandır. Media bir sıra böyük şirkətlərin sifarişləri ilə məlumatlar yayırlar. Çünki iri şirkətlər "Çiftlik Bank"ın yaranmasından narahatdırlar.
Qeyd edək ki, artıq Türkiyədən bu sistemə 200 milyon lirə (90 milyon manat) sərmayə yartırılıb. Bu vəsaitlər fermaların, müəsisələrin yaradılmasına yönəldilib.
"Çiftlik Bank"ın rəhbəri bildirib ki, sistemə Azərbaycandan da sərmayə yatıranlar var. Xaricdən yatırılan vəsaitlər vergi olmadığı üçün Kiprdəki ofşor zonada yığılır və sonra Türkiyəyə transfer edilir. Ətraflı videoda.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
13 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















