"Qiyməti 60 min dollara qalxa və ya 5 min dollara düşə bilər"
Kriptovalyuta təşəbbüskarı Juluan Hosp, Bitcoin-un qiymətində sürətli yüksəlişin hələ sona çatmadığını iddia edir. "Marja" xəbər verir ki, Hosp, "Bitcoin qiyməti 2018-də 60 min dollara çata bilər" - deyib.
İnsanların virtual pullar ilə xərclərini asanlaşdırmağı qarşısına məqsəd qoymuş "TenX"in banisi olan Hosp, "Bitcoin-un 60.000 dollar səviyyəsinə çatdığını görəcəyik, eyni zamanda qiymətin 5.000 dollar səviyyəsinə gerilədiyini də görə biləcəyimizi hesab edirəm. Burada sual hansını əvvəl görəcəyimizdir" deyə bildirib.
Bitcoin qiymətində son günlər baş verən geriləməni məmnuniyyətlə qarşıladığını, bu tənəzzülün alış üçün fürsət olduğunu deyən Hosp, Bitcoin-un qiymətin zaman-zaman yaşanacaq eniş və qalxışlar ilə yuxarı hərəkətini davam etdirəcəyinə inandığını ifadə edib.
"Bitcoin-un bir "köpük" olduğunu və hər kəsin pulunu itirəcəyini hesab etmirəm" deyən Hosp, ancaq qarşıdakı bir və ya iki ildə kriptovalyuta bazarında bir konsolidasiya (birləşmə) gözlədiyini də vurğulayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























