Ən yuxarı (mobil)_30

Azərbaycanlılar Türkiyədə sərmayələri azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar Türkiyədə sərmayələri azaldıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Palatalar və Birjalar Birliyi ötən il ölkədə xarici kapitalın iştirakı ilə qurulan şirkətlərə dair statistikanı açıqlayıb. Azərbaycan sərmayədarları əvvəlki illərdə olduğu kimi ön sıralarda getsələr də, istər qurulan şirkət sayında, istərsə yatırım həcmində geriləmə var.

 

Sərmayələr iki dəfə azalıb

 

Ötən il Türkiyədə yaradılan 152 şirkətə Azərbaycan sərmayəsi yatırılıb. Bunun 48-i səhmdar şirkətlərdir. 2015-ci illə müqayisədə 17 şirkət az qurulub, elə yatırımların həcmi də azalıb: Həmin ildə qurulan şirkətlərin ilkin kapitalı 57,3 milyon türk lirəsi idisə, ötən il sərmayələr təqribən 2 dəfə azalaraq 31,4 milyon lirəyə düşüb (təxminən 15 milyon manatdan çox). Bunun 27,3 milyonu Azərbaycandan gəlib (13 milyon manatdan çox). Halbuki 2015-ci ildə yaradılan şirkətlərin kapitalına azərbaycanlı səhmdarlar 51,1 milyon lirə (25 milyon manatdan çox) yatırmışdılar.

 

Sərmayələrin səngiməsini müstəqil ekseprtlər Türkiyədəki ictimai-siyasi durumun gərginləşməsi,  bu ölkədə turizm sektorunun geriləməsi, teror riski, Azərbaycanda kapital resurslarının azalması ilə izah edirlər.  

23.01.2017 03:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18