Birjada həcmi 25 dəfə artan əməliyyat
2017-ci ildə Bakı Fond Birjasında Repo əməliyyatları əqdlərinin həcmi 51 milyon 551 min manat təşkil edib. Bu, 2016-cı illə müqayisədə 25 dəfə çoxdur.
"Marja" xəbər verir ki, 2016-cı ildə Birjada REPO əqdlərinin həcmi 2 milyon 64 min manat təşkil etmişdi.
Əqdlərin sayı isə 2-dən 25-ə yüksəlib.
Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib və bu hadisə cəmi REPO əqdlərinin həcminin artmasına səbəb olub. İstiqrazların market meykeri olan "PSG Kapital" şirkətindən "Marja"ya verilən məlumata görə, 2017-ci il üzrə SOCAR İstiqrazları ilə REPO bazarı təxminən 20 milyon manata yaxın olub (cəmi 13 müqavilə).
REPO dedikdə - bir şəxsin (satıcının) qiymətli kağızı başqa bir şəxsə (alıcı) satması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra alıcıdan daha yüksək qiymətə geri alması əməliyyatı nəzərdə tutulur.
Bazarın sektoru | Dövriyyə (azn), 2017 | Dövriyyə (azn), 2016 | ||
| Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı |
IV. REPO əməliyyatları | 51,551,179.23 | 51 | 2,064,763.58 | 2 |
AMB-nin Repo əməliyyatları | - | - | - | - |
Digər Repo əməliyyatlar | 51,551,179.23 | 51 | 2,064,763.58 | 2 |
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
-
1 saat əvvəl
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Ən çox oxunanlar
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxıldı
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
"BOA Agency"də iclasın keçiriləcəyi tarix dəyişdirilib




















