“Xəzər Dəniz Gəmiçiliyi” “Stalinin yaxtası”nı almaq istəyir
Moskva Çay Gəmiçiliyi İdarəsi 1934-cü ildə inşa edilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maskim Qorkiy” teploxodunu satışa çıxarıb.
“Kommersant”ın verdiyi məlumatına görə, Moskva Çay Gəmiçiliyi İdarəsi bu teploxodu 20 mln. rubla və ya 600 min manata satmaq niyyətindədir. Potensial alıcılar arasında Azərbaycanın “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adı da var.
Moskva Çay Gəmiçiliyi İdarəsinin baş direktoru Konstantin Anisimov faktı təsdiqləyib və “Xəzər Dəniz Gəmiçiliyi” QSC, həmçinin Nijniy Novqorod administrasiyası ilə bununla bağlı danışıqların aparıldığını bildirib.
K.Anisimov qeyd edib ki, Azərbaycan üçün bu gəmi eksponat kimi maraqlıdır: “Bu gəmidə Dəniz Donanması muzeyi yaradılacaq. Belə ki, bu il “Xəzər Dəniz Gəmiçiliyi” QSC 160 illiyini qeyd edəcək”.
Qeyd edək ki, “Maksim Qorkiy” gəmisi 1934-cü ildə inşa edilib. Onun uzunluğu 69 metr, eni 13 metrdir. Teploxod 30 km/saat sürət yığa bilir. Teploxodun “Stalinin yaxtası” adlandırılmasına baxmayaraq, İosif Stalinin orada istirahət etməsi ilə bağlı heç bir fakt yoxdur. Ancaq 1935-ci ildə bu paroxodda Maksim Qorkinin istirahət etməsi ilə bağlı yayılan rəvayət də öz təsdiqini tapmayıb.
Məlumata görə, bu yaxtada müxtəlif illərdə SSKP-nin MK-nin məşhur simaları olan Lavrentiy Beriya, Lazar Karaqoviç, Qriqoriy Orjonikidze, Vyaçeslav Molotov, Nikita Xruşyov, Leonid Brejnev istirahət edib. 2000-ci illərdə teploxodda daxili otaqların yenidən qurulması işləri aparılıb, onun mühərriki və naviqasiya sistemi dəyişdirilib. 130 nəfər sərnişin və 19 nəfər heyətə malik “Maksim Qorkiy” banket və gəzinti gəmisi kimi istifadə edilib. 2014-cü ildən isə teploxod ancaq restoran kimi istismar edilib. Bu səbəbdən də Moskva Çay Gəmiçiliyi İdarəsi gəmini satmaq qərarına gəlib.
Məlumata görə, şirkət artıq bu ilin ilk rübündə satışla bağlı razılığa gəlmək niyyətindədir.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyevin “APA-Economics”ə verdiyi xəbərə görə, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adıçəkilən gəminin alınması ilə bağlı niyyəti var: “Lakin bununla bağlı son qərar verilməyib”.
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 6 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb



















