"Cənub Qaz Dəhlizi layihəsinə 8,6 mlrd. dollar yatırımışıq" - MÜSAHİBƏ

Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında “Cənub Qaz Dəhlizi” QSC yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.
"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayevin müsahibəsini təqdim edirik:
- Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə indiyədək hansı həcmdə vəsait sərf olunub? Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin neçə faizini icra edib? İstifadə olunan vəsaitin hansı hissəsi ötən ilin payına düşüb?
- “Cənub Qaz Dəhlizi” (CQD) QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud “Şahdəniz 1” və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11,5 mlrd. ABŞ dolları məbləğində vəsaitdən indiyədək 8,6 mlrd. dolları hissəsi icra edilib. İndiyədək CQD-nin layihələrdə olan iştirak payları ilə bağlı maliyyə öhdəliklərinin 75%-ni yerinə yetirib. 2017-ci ildə Cənub Qaz Dəhlizinə 2,3 mlrd. dollar məbləğində investisiya qoyulub.
- Cənub Qaz Dəhlizinə daxil olan layihələr üzrə icra göstəriciləri hansı səviyyədədir?
- Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,8%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 100%-i yerinə yetirilib. TANAP-ın inşası üzrə işlərin 89,6 %-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 62,6%-i icra edilib.
- Azərbaycanın payının maliyyələşdirilməsi üçün vəsait hansı mənbələrdən cəlb edilib?
- 16 yanvar 2018-ci il tarixinə kimi CQD layihələrində olan iştirak paylarının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib:
1. CQD tərəfindən buraxılmış və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış cəmi 2,5 mlrd. dollar məbləğində istiqrazlar vasitəsilə;
2. İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təmin edilmiş 2,4 mlrd. dollar məbləğində nizamnamə kapitalı vasitəsilə;
3. 2016-cı ilin mart ayında nominal dəyəri 1 mlrd. dollar məbləğində avrobondların (ilk buraxılış) və 2017-ci ilin martında nominal dəyəri 1 mlrd. məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə;
4. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (IBRD) və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 mlrd. və 0,6 mlrd. dollar məbləğlərində cəlb olunmuş borclar vasitəsilə;
5. Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 mln. dollar məbləğində cəlb olunmuş borc vasitəsilə;
6. Asiya İnkişaf Bankından (ADB) 500 mln. dollar məbləğində birbaşa cəlb olunmuş borc vasitəsilə;
7. Asiya İnkişaf Bankından (ADB) 524,5 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit üzrə zəmanətə əsasən cəlb olunmuş borc vasitəsilə.
- Hazırda hansı maliyyə qurumları ilə müzakirələr aparılır və hansı həcmdə vəsait cəlbi nəzərdə tutulur?
- Bildiyiniz kimi, Dünya Bankı (WB) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (Multilateral Investment Guarantee Agency - MIGA) Direktorlar Şurası 2016-cı ilin dekabr ayında TANAP layihəsinə ayrılan investisiyalar üzrə 750 mln. dollar məbləğində kreditə “Cənub Qaz Dəhlizi” QSC-yə zəmanətin verilməsini təsdiq edib. MIGA-nın ayırdığı zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar davam etdirilir.
- Yenidən avrobond emissiyası nəzərdə tutulurmu?
- Qeyd olunan danışıqlar uğurla davam etdirilir və nəzərdə tutulan nəticələrin əldə edilməsi gözlənilir. Bununla bağlı yenidən avrobond emissiyasının təşkili hazırda nəzərdə tutulmur.
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
6 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
