Azərbaycanın ən böyük 10 ixracatçı şirkətinin adı açıqlanıb
-2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları olub.
-Azexport.az portalına 2017-ci ildə 74 ölkədən 475 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib (553 milyon ABŞ dolları).
2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151.6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (125.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 118 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 milyon, kimya sənayesi məhsullarının ixracı 80 milyon, pambığın ixracı 52 milyon, elektrik enerjisinin ixracı 51 milyon, şəkərin ixracı 39 milyon, çayın ixracı 10 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2.1 dəfə, elektrik enerjisinin ixracı 80 faiz, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20 faiz, spirtli və spirtsiz içkilərin ixracı 17 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 2 faiz artıb.
Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151.7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor) qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti) və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20.9 milyon ABŞ dolları, pomidorun ixracının dəyəri 11.4 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9.9 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61 faiz, xurma ixracı 32 faiz, fındıq ləpəsi ixracı 9 faiz, almanın ixracı 30 faiz artıb.
2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9 faiz çoxalıb.
“İxrac İcmalı”nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (83,4 mln $), “Baku Steel Company” MMC (60 mln $), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (40.2 mln $), “Sun Food” MMC (28.5 mln $), “MKT İstehsalat Kommersiya” MMC (27.8 mln $), "Aqrodoctor" MMC (26.1 mln $), "VN Food Export Import Company" MMC (23.8 mln $), "Azagroeksport 2017" MMC ( 23.3 mln $), “Food Export Şəmkir” MMC (20.2 mln $) və “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC (19.6 mln $) təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (155 mln $), “Det-al Alüminium” MMC (103.5 mln $), “Azergold” QS (77.3 mln $), “Azərenerji” ASC ( 50 mln $), “SOCAR Methanol” MMC (43 mln $), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC (32.3 mln $), “Geofizika və Geologiya İdarəsi” (3.7 mln $), "Azərbaycan Hava Yolları" QSC (1.7 mln $), “Naxçıvan MR Dövlət Energetika Xidməti”(1.2 mln $) və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC (0.76 mln $) təmsil olunublar.
“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, “Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 14 milyon ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon ABŞ dolları gəlir əldə edib. Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 milyon ABŞ dolları dəyərindən xidmət ixracı həyata keçirilib.
“İxrac İcmalı”nda 2017-ci il ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30.4 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində gömrük bəyannaməsinin də doldurulması, 2017-ci ildə ixracatçılara ixrac təşviqinin ödənilməsi, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına dövlət dəstəyinin verilməsi, Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunması, Kənd Təsərrüfatı Nazirliyinin ixracı imkanları ilə bağlı araşdırma aparması və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
1 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
-
1 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
1 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
1 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
2 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
2 saat əvvəl
Bbiletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
3 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb






















.jpg)



