Gömrüyün sədri: “Elektroşoker, beşbarmaq sifariş edilir”
Azərbaycana poçt bağlamalarının və yüklərin daşınması ilə məşğul olan bir neçə şirkətin gətirdikləri bəzi malların gömrükdə saxlanılması problemli mallar ilə əlaqədardır.
Bunu “Marja”ya keçirilmiş mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
“Çətinliklə qarşılaşan şirkət yoxdur, sadəcə problemli mallar var. Nə qədər izah etməyimizə baxmayaraq, elektoşoker, beşbarmaq, xüsusi müşahidə aparmaq funksiyasına malik olan video saatlar və s. sifariş edilir.
Biz heç bir şirkətə problem yaratmırıq. Problem yaradan özləridir. Çünki düzgün izah işləri aparmırlar. Qazanc naminə qanunsuz malları qəbul edirlər”.
Jurnalistlərdən birinin, “Verilən məlumata görə adi mallar, məsələn uşaq paltarları da gömrükdə saxlanılıb” deməsinə Gömrüyün sədri aşağıdakı şəkildə cavab verdi:
“Həmin adama deyin saytımıza yazsın. Mən 1 saat-dan sonra işdə olacam, tapşırıq verəcəm ki, araşdırılsın. Həmçinin ola bilsin ki, həmin şəxs ay ərzində bir neçə dəfə mal sifariş edib, limiti keçdiyindən sistem rüsumsuz buraxmır”.
Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransının videosu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
28 d. əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 29 d. əvvəl
-
- 31 d. əvvəl
- 32 d. əvvəl
-
35 d. əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keşdi, xüsusi status aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
-
2 saat əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Ən çox oxunanlar
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur
























