İsmayıllının ilk göydələnləri
İsmayıllı rayonunun mərkəzində 3 doqquzmərtəbəli bina ucalır. Müasir memarlıq üslubu ilə seçilən bu binalar görənlərdə xoş ovqat yaradır. Bu binalarda ilk dəfə olaraq lift quraşdırılmışdır. Liftlər Almaniya istehsalıdır.
Hər biri 1 giriş və 37 mənzildən ibarət olan ilk binanın tikintisinə 2007-ci ildən başlanılmışdır. Bina 2012-ci ildə istifadəyə verilib. Digər 2 binanın inşasına isə 2014-cü ildən başlanılıb və artıq həmin binaların da tikintisi yekunlaşıb. Hazırda son tamamlama işləri icra olunur.
İsmayıllının görkəminə fərqli rəng qatan bu kompleksdəki binaların yuxarı mərtəbələrindən şəhərin gözəl mənzərəsi açılır. Kompleksin 5500 kvadratmetrlik həyətyanı sahəsi və 2 min kvadratmetrlik qarajı var. Binaların birinci mərtəbəsində olan 1800 kvadratmetrlik sahə isə icarəyə veriləcək. Göydələnlərin ən üstün cəhəti mərtəbələrarası səs keçiriciliyinin məhdudlaşdırılmasıdır. Eyni zamanda kompleksin həyətində sakinlərin dincəlməsi və uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb.
Tikinti işlərini aparan “Tanyapı inşaat ltd”nin nümayəndəsi Ədalət Göyüşov bildirdi ki, şirkət paytaxtla yanaşı, bölgələrdə də inşaat sektorunda çalışır. Qarşıya qoyulan başlıca məqsəd regionların sosial-iqtisadi inkişafında iştirak etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)







