Avropa Birliyi 8 vergi cənnətini "qara siyahı"dan çıxardı
Avropa Birliyi (AB), Panama və Şimali Koreya daxil 8 vergi cənnətini "qara siyahı"dan çıxardığını bildirib.
"Marja" xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Monqolustan, Makau, Qrenadada və Barbados da AB-nin narahatlıqlarına qarşı "tədbirlər görmək sözü" verdikdən sonra Avropa İttifaqının Maliyyə Nazirləri tərəfindən hazırlanan "vergi cənnəti qara siyahısı"ndan çıxarılıb.
Keçən il ortaya çıxan "Panama Sənədləri"ndən sonra vergidən yayınma ilə mübarizə aparacağını elan edən AB-nin bu qərarı aktivistlər tərəfindən tənqid olunur.
AB-dən verilən açıqlamada, "Səkkiz ölkə, AB-nin narahatlıqlarına qarşı yüksək səviyyəli siyasi öhdəliklər götürmələrinin ardından, AB-nin vergi məqsədləri çərçivəsində əməkdaşlıq etməyən ərazilər siyahısından çıxarılmışdır" deyilir.
Açıqlamada, artıq bu səkkiz ölkənin AB-nə vergi qanunlarını yeniləmək sözü verən ölkələr siyahısında (boz siyası) yer alacağı qeyd olunub.
QARA SİYAHIDA 9 ÖLKƏ VAR
Hazırda hələ də "qara siyahı"da doqquz vergi cənnəti var (Amerikan Samoası, Bəhreyn, Guam, Marşal Adına Adaları, Namibiya, Palau, Sent Lusiya, Samoa Adası, Trinidad və Tobaqo)
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















