“Bank Standard”ın ləğv planından belə çıxır ki, bank bağlanandan sonra orada hesab açılıb”
Bu gün Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin ləğvi ilə bağlı növbəti qapalı iclas keçirilib.
Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, bugünki məhkəmə prosesində “Bank Standard”ın ləğv planını təsdiq etmək yenə də mümkün olmayıb:
“Dekabrın 22-də keçirilmiş iclasda olduğu kimi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ötən ilin II və III rübləri üzrə təqdim etdiyi ləğv planı yenə də təsdiqlənmədi. Növbəti iclasın vaxtı hələlik məlum deyil. Amma Fondun nümayəndəsi planı təkmilləşdirmək üçün azı 2 həftəlik vaxt verilməsini xahiş etdi.
Plan çox bərbad vəziyyətdə idi. Hətta rəqəmlər də uzlaşmırdı. Məsələn, plandan belə çıxır ki, bank bağlanandan sonra orada hüquqi şəxslər 1 673 bank hesabı açıblar. Halbuki lisenziyası ləğv olunmuş bankda hesabların açılması mümkün deyil. Digər bir misal: ötən ilin əvvəli ilə müqayisədə bankın borcları 192 mln. dollardan və 1,5 mln. avrodan çox artıb. Axı bu necə ola bilər? Bağlanmış bankın borcları durduğu yerdə arta bilməzdi axı?!
Həmçinin məlum oldu ki, Fond ötən ilin 3 rübü ərzində ləğvetməyə planlaşdırıldığından 0,6 mln. manat çox vəsait xərcləyib. Özü də tam cəfəng əsaslarla. Məsələn, yazıblar ki, guya banka audit xidməti göstərilib. Bağlanan bankda nə audit? Məhkəmə də, mən də bu fərqin sənədli təsdiqinin təqdim edilməsini tələb etdik.
Planda bir daha vurğulanır ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bankda qalmış 20,3 mln. manatı digər kreditorlardan əvvəl ona qaytarılacaq. Bu qanunsuz müddəanın heç bir əsası yoxdur”.
Xatırladaq ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası yanvarın 29-da, saat 15:00-da keçiriləcək.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















