Gömrük, qanunsuz gətirilən 2570 ədəd mobil telefon tutub
2017-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib.
O qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 599 205 ABŞ dolları, 152 685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64 677 Azərbaycan manatı, 806 610 manat dəyərində 14 073 qram qızıl, 239 853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68 398 manat dəyərində 49 045 qram gümüş, 150 346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.
Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 16 310 qram civə, 301 200 manat dəyərində 300 400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120 390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefon aksesuarı, 590 026 manat dəyərində 119 105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41 645 qram partlayıcı maddələr, 1 314 250 ədəd pirotexniki məmulat, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silah patronu, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silah, 64 ədəd səs-siqnal patronu, 12 ədəd zirehli texnikanın periskopu, 135 309 manat dəyərində 11 981 ədəd tibb ləvazimatı, 117 635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
15 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
8 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
10 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)








