"Bank Respublika" maliyyə göstəricilərini açıqladı - KAPİTALI ARTIRILACAQ
"Bank Respublika" 2017-ci ilin yekunu üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata əsasən, Bankın xalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 milyon manat təşkil edib.
BANKDA ƏMANƏTLƏR ARTIB
Bundan əlavə, banka əmanətlərini etibar edən müştərilərin sayında və əmanətlərin həcmində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin nəticlərinə görə bankın fiziki şəxslərin depozit portfeli 3,5% artaraq 196 milyon 637 min manat təşkil edib. Ümumi depozit portfeli isə ötən ilin sonunda 2,7% artaraq 474 milyon 801 min manat olub.
Hesabat dövrünün sonuna bankın aktivləri 702 milyon, kredit portfelinin həcmi 229 milyon manat təşkil etmişdir.
Məlumatda bildirirlir ki, kredit portfelinin keyfiyyətinin təhlili, vaxtı keçmiş kreditlərin həcminin azalmasını göstərir. Bu göstərici rüb ərzində 13%-dən 10%-dək azalmışdır, bu da bank sektorunda aşağı göstəricilərdən biri olmaqla yanaşı, bankın müsbət maliyyə nəticələrinə və dayanıqlığını göstərən əsas amillərdən biridir.
Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına qərar vermişdir. Nəticədə bank ili 10.5 milyon zərər ilə başa vurmuşdur.
NİZAMNAMƏ KAPİTALI 10 MİLYON MANAT ARTIRILACAQ
“Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlı kapitalın artımı barədə qərar qəbul edilmişdir. Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 Fevral 2018-ci ildə bitməsi nəzərdə tuturuq. Bankın nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılması gözlənilir.
Nizamnamə kapitalın artımı, bankın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar bankın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək. Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır.” - deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.
“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







