“AgBank”, xərclərinin gəlirlərini üstələdiyini açıqladı - BANK ZƏRƏRDƏ
“AgBank”ın xərcləri gəlirlərindən çox olub
“AgBank” 2017-ci ili 6 milyon 688 min manat zərər ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə “AgBank”ın gəlirləri kəskin azalıb.
Ötən il Bankın cəmi gəlirləri 50 milyon 603 min manat, o cümlədən faiz gəlirləri 23 milyon 56 min manat, qeyri-faiz gəlirləri 27 milyon 547 min manat təşkil edib. Bankın faiz və qeyri-faiz xərcləri cəmi gəlirlərindən çox (55 milyon 833 min manat) olduğundan 5 milyon 230 min manat əməliyyat zərəri yaranıb. Bundan başqa, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 347 min manatlıq ayırma zərəri daha da artırb və 6 milyon 688 min manata çatıb.
“AgBank” 2016-cı ildə 39 milyon 547 min manat faiz, 32 milyon 261 min manat qeyri faiz gəliri əldə etmiş (cəmi 71 milyon 808 min manat), həmin ili 35 milyon 630 min manat zərər ilə bağlamışdı.
2016-cı ildə "AgBank"ın gəlirləri xərclərini üstələmiş, Bank 1 milyon 482 min manat əməliyyat mənfəəti əldə edə bilmişdi. Lakin ehtiyatlara təxminən 37 milyon manat ayırdığından həmin ili 35,6 milyon manat zərər ilə bağlamışdı. 2017-ci ildə Bankın xərclərinin gəlirlərini üstələməsi isə, gəlirlərin azalması fonunda Bankın ciddi qənaətə gedə biləcəyini göstərir.
NİZAMNAMƏ KAPİTALI "ƏRİYİB"
“AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb.
AKTİVLƏRİ VƏ KAPİTALI AZALIB
31 Dekabr 2017-ci il tarixində “AgBank” 488 milyon 403 min manat cəmi aktivlərə, 441 milyon 233 min manat cəmi öhdəliklərə və 47 milyon 174 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2017-ci il tarixində “AgBank” 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə və 53 milyon 804 min manat cəmi kapitala malik idi.
MƏCMU KAPİTALI 50 MİLYONDAN AŞAĞI DÜŞƏN BANKIN LİSENZİYASI LƏĞV EDİLƏ BİLƏR
“AgBank” 2017-ci ilin sonuna məcmu kapitalının məbləğini açıqlamayıb. Məcmu kapitalın adekvatlıq əmsalı üzrə norma 10 olsa da, "AgBank"da fakt 8,15-dir. Bankın göstəricisinin normadan aşağı olması, məcmu kapitalın minimal tələb olan 50 milyon manatdan da aşağı düşdüyünə işarədir.
Bankın müştərilərə verdiyi kreditlər 2016-cı ilin sonundakı 292 milyon 226 min manatdan 282 milyon 907 min manata düşüb. Cəmi kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin məbləği 147 milyon 296 min manat olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























