"AccessBank"ın investorları kapital artımına hazırlaşırlar
"AccessBank"ın depozit portfeli 115 mln. manat artıb
"AccessBank" 2017-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, "AccessBank"ın investorları kapital artımına hazırlaşırlar.
Məlumatda qeyd olunub ki, hesabat dövründə bankın depozit portfelində ciddi artım müşahidə olunub. Belə ki, 2017-ci illə müqayisədə ötən il ərzində depozit portfeli 40,36% və ya təxminən 115 mln. manat artaraq 399,815 mln. manata çatıb.
Ümumiyyətlə, bankın depozit portfeli uzun müddətdir artım tendensiyası nümayiş etdirir: "Təkcə bir faktı qeyd etmək kifayət edir ki, arxada qoyduğumu ilə ərzində bankın depozit portfelində bircə rüb belə olsun azalma olmayıb. Bu isə müştərilər tərəfindən banka olan yüksək etibardan xəbər verir".
31 dekabr 2017-ci il tarixinə bankın ani likvidlik əmsalı 120,88% olub ki, bu da bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
2018-ci ilin əvvəlinə bankın aktivləri 844,821 mln. manat, kredit portfeli isə 503,503 mln. manat təşkil edib: "Ümumiyyətlə, kredit portfelində artım tendensiyası müşahidə olunmaqdadır. Xüsusilə qeyd etmək yerinə düşər ki, 2017-ci ilin dekabr ayında bank kreditləşmədə yeni rekorda imza atıb".
Bundan başqa, rüb ərzində "AccessBank" faiz gəlirlərini 31,14% artıraraq 102,475 mln. manata çatdırıb. Bankın xalis faiz mənfəəti 34,54% artaraq 38,958 mln. manat təşkil edib.
2017-ci ilin sonuna bankın gəlirləri 24,204 mln. manat olub ki, bu da III rüblə müqayisədə 5,67%-lik artımdan xəbər verir.
Bankın İdarə Heyətinin sədri Rolf Reyxardt maliyyə göstəricilərini şərh edərkən bunu bildirib: "Mövcud iqtisadi durumda investorlar bankın inkişafını müsbət dəyərləndirir və kapital artımına hazırlaşırlar. "AccessBank" 2018-ci ilə olduqca pozitiv yanaşır. İl ərzində bank maliyyə dayanıqlılığını daha da artırmağı, bazardakı mövqeyini gücləndirməyi planlaşdırır. Əsas prioritetlərimiz bundan sonra da yerli sahibkarlara hərtərəfli dəstək vermək, rəqəmsal bankçılığın əhatə dairəsini genişləndirilmək və müştəri məmnuniyyətini və etimadını artırmaq olacaq".
"AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























