İbrahim Alışov gözlənilmədən bank filiallarında olub
Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq, Kapital Bank-ın filiallarında Dəmir Bank-da qorunan əmanətlərə kompensasiyaların verilməsinə başlanılıb. Lisenziyası ləğv edilmiş bir bankdakı qorunan əmanətlərin qaytarılması həssas məsələdir və ictimaiyyətin diqqətindədir.
“Marja”nın əldə etdiyi məlumata görə, gündüz saatlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının İcraçı direktoru İbrahim Alışov gözlənilmədən Kapital Bank-ın əmanətlərin verilməsi üçün müəyyən edilmiş filiallarına baş çəkib. Bu addım barədə öncədən Palatanın, Əmanətlərin Sığortalanması Fondunun və Kapital Bankın əməkdaşlarının məlumatı olmayıb.
Gözlənilmədən bank filiallarına daxil olan Palatanın icraçı direktoru, kompensasiyaların ödənilməsi prosesinin gedişatını izləyib, görülən işləri yoxlayıb, tapşırıq və tövsiyyələrini verib.
Məlumatı dəqiqləşdirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyevə müraciət etdik. O, faktı “Marja”ya təsdiq edərək bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu Dəmir Bank-ın ləğvedicisi funksiyasını daşıyır. Bu proseslərə nəzarət isə birbaşa Palatanın mandatına daxildir:
“Bəli, İbrahim Alışov bu gün konpensasiyalar ödənilən filiallarda olub, prosesslərlə yaxından tanış olub. Qeyd edim ki, baş icraçı direktorun göstərişinə əsasən, Kapital Bankın konpensasiyaların ödənilməsi nəzərdə tutulan filialında Palatanın əməkdaşları müşahidəçi qismində iştirak edir. Və bütün bu proseslər birbaşa Baş icraçı direktorun nəzarətindədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

