Azər Türk Bank ipoteka kreditləri üzrə şərtlərini yeniləyib
Müştərilərin maliyyə ehtiyaclarının qarşılanmasında köməklik edən “Azər Türk Bank” müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif etməkdədir.
Hazırda “Azər Türk Bank” “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, bütün müştərilər üçün 7% səviyyəsində müəyyənləşdirmişdir. Bundan əlavə, adi ipoteka kreditləri üzrə ilkin ödəniş 25%-dən 20%-ə endirilmişdir. Bu barədə “Marja”ya Bankdan bildirilib.
Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.
İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını dolduraraq Azər Türk Banka müraciət edə bilər.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























