ABŞ-da çöküş qorxusu - Dou Consda tarixinin ən böyük tənəzzülü baş verdi
ABŞ şirkətlərinin səhmləri həftənin ilk iş günündə kəskin ucuzlaşıb, indekslər son 6.5 ilin ən böyük tənəzzülünü yaşayıb. Dou Cons tarixinin ən böyük tənəzzülünü həyata keçirib
Açılış qonqundan əvvəl belə, Bazar ertəsi günü ABŞ səhmlər bazarı üçün pis bir gün kimi görünürdü. Ancaq bədbin olanlar belə, Dou Cons İndeksində ( Dow Jones) 15 dəqiqə ərzində 1600 bənd olmaqla tarixinin ən böyük tənəzzülünü gözləmirdi.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, investor inamını sarsıdan ötən Cümə günkü 666 bəndlik tənəzzül və Bazar ertəsi günkü kəskin azalma, investorları bu çətin prosesin bitib-bitməyəcəyini düşünməyə yönəldib. İki gün ardıcıl baş verən bu azalma ilə yanaşı, Yanvar ayında indeksin 5.8%-lik qazancın böyük hissəsi geri verilib.
"Kingsview Asset Management"in portfel meneceri Dow Jones, "Əyani bir narahatlıq var. Bazardan çıxmalıyıq? Bu məqamda nə edəcəyik? Çöküş ola biləcəyi qorxusu var. Bariz bir şəkildə, bazar və investorlar bu ilin əvvəlindəki qazancını geri verdi. İnvestorlar qazanclarının hamısından imtina etmək istəməzlər" şəklində bildirib.
Dou Cons İndeksinin Bazar Ertəsi günkü 1175 bənd ya da 4.6%-lik tənəzzülünün böyüklüyünə baxmayaraq, çox az treyder təşvişə düşüb.
Daha çox bu azalma hərəkəti, güclü iqtisadiyyatın inflyasiyanı artıracağı və bununda faizlərin gözləniləndən daha sürətlə artırılmasına səbəb olacağına dair artan narahatlığı əks etdirir.
"Ladenburg Thalmann Asset Management"in İcraçı direktoru Filip Blancato, "Yanvar ayında çox sürətli və çox irəli getmişdik və bunun kimi bir hərəkət çox pis bir şey deyil. Bazar ertəsi günü, satışların böyük qisminin texniki göstəricilərə əsaslandığı proqram əməliyyatlarından yaranan klassik bir riskdən qaçma günü idi. Qərarsızların bəziləri bazardan çıxdı. Bazarda məntiqsiz bir həyəcan vardı" şəklində bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























