Viza ləğv edildi, çarter reysləri başlayır - BƏS TUR PAKET NEÇƏYƏDİR?
Xəbər verdiyimiz kimi, 2018-ci il İyulun 5-dən sentyabrın 13-nə qədər Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçiriləcək.
Çarter reysləri “PASHA Holidays” (“PASHA Travel”in struktur bölməsi) tərəfindən Bakıdan Tivat şəhərinə təşkil ediləcəkdir. Çarter reyslərini AZAL birbaşa yerinə yetirəcəkdir.
BƏS BİLET NEÇƏYƏDİR?
"Marja" xəbər verir ki, “PASHA Holidays” Monteneqroda Becici sahilində yerləşən 3 ulduzlu "İrena" otelində 7 gecə qalmağı təklif edir. Qiymət 580 dollardan başlayır.
TİVAT
Dalğaların qoynunda xəfif hərəkət edən böyük yaxtalar, xoş gəzintilər və zərif tikililər bura gələnlərə özlərini Monakoda imişlər kimi hiss etməyə vadar edir. Bu kiçik şəhər möhtəşəm Kotor körfəzində yerləşir və mülayim iqlimi ilə şöhrət qazanıb. Geniş ərazidə yerləşən bu şəhər buxtanın ən günəşli guşələrindən biri kimi tanınır. Burada çoxlu görməli yer və istənilən zövqü oxşayacaq əyləncə növləri var: Sahil xətti boyunca uzanan 17 çimərlik ən tələbkar qonaqları belə gözəlliyi və təmizliyi ilə özünə heyran edə bilər; parklar, meşələr, ticarət və idman mərkəzləri, istirahət və gecə həyatı da turistlərin ixtiyarındadır. Tivat sakitlik və füsunkarlığın sadə vəhdətidir.
3 ULDUZLU "GREEN" APARTAMENT-OTELİ 7 GECƏ: 723 $-dan başlayaraq
4 ULDUZLU "VILLE SERVENTI" APARTAMENT- OTELİ 7 GECƏ: 775 $-dan başlayaraq
3 ULDUZLU "PALMA" OTELİ 7 GECƏ: 915 $-dan başlayaraq
5 ULDUZLU "CARRUBA" EKOLOJİ OTELİ 7 GECƏ: 1417 $-dan başlayaraq
5 ULDUZLU "DUKLEY" 7 GECƏ: 1853 $-dan başlayaraq
BUDVA
Budva Monteneqro turizminin mərkəzidir. Ölkənin ən çox ziyarət edilən şəhəri olan Budva tarixi ab-havası ilə insanı heyran edən Starı Qrad - Qədim şəhər, Budva Rivyerası və səhərə qədər əylənmək arzusunda olanlar üçün gecə həyatı ilə minlərlə turisti cəlb edir. Fərqi yoxdur, siz onun qumlu çimərliklərinə, ya da hüzurlu kəndlərinə heyran olmusunuz, yoxsa gecənizi Avropanın ən nüfuzlu klublarından birində keçirmisiniz – Budvanın sehrinə bir dəfə düşmüsünüzsə, sizə lazım olan yeganə şey bundan həzz almaqdır. Budva təbii gözəlliyi, adaları və çimərlikləri ilə yanaşı, tarixi abidələri ilə də məşhurdur. Budva sahil xətti 21 kilometr uzunluğundadır və bura dünyanın ən mənzərəli sahilləri arasında yer alır. Budva hərarətli, ürəkaçan cazibəyə malikdir. Monteneqroya gələrkən Budvaya baş çəkməmək mümkün deyil. Buranın gözəlliyi heç kəsi biganə qoymur.
4 ULDUZLU "BLUE STAR" OTELİ, 7 GECƏ: 1014 $-dan başlayaraq
5 ULDUZLU "CARRUBA" EKOLOJİ OTELİ 7 GECƏ:1383 $-dan başlayaraq
5 ULDUZLU "TRE CANNE" OTELİ 7 GECƏ: 1417 $-dan başlayaraq
4 ULDUZLU "ALEXANDAR LUXURY SUITES & SPA" OTELİ 7 GECƏ: 2735 $-dan başlayaraq
5 ULDUZLU "DUKLEY" 7 GECƏ: 3224 $-dan dollar.
"İyul ayının 5-dən Sentabr ayının 13-nə qədər "PASHA Holidays" ilə birgə hər Cümə Axşamı
AZAL-ın Bakı - Tivat birbaşa reysləri ilə Monteneqroya səyahət edin"- "PASHA Holidays"in məlumatında deyilir.
Gediş/Gəliş Zamanı:
Bakı 08:00 – Tivat 09:55
Tivat 10:55 - Bakı 16:40
Rezervasiya üçün Neftçilər Prospekti 151 (Port Baku Residence) ünvanında yerləşən şirkətin ofisinə müraciət etmək lazımdır.
Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)



