Nyu York birjası kəskin geriləmə ilə bağlanıb - QORXU ARTIR
Nyu York Birjası ötən günü kəskin geriləmə ilə başa vurub. Səbəb ABŞ Mərkəzi Bankının (Fed) faiz artıracağı ehtimalı səbəbilə sərmayəçilərin satış mövqeyini seçməkdə davam etmələridir.
"Marja" xəbər verir ki, "Dow Jones" Sənaye İndeksi 1032,89 bənd (4.15%) azalaraq 23860.46 bənddə, "Standart & Poor's" 500 (S&P 500) İndeksi isə 100.66 bənd (3.75%) enişlə 2581 bənddə bağlanıb.
Nasdaq Texnologiya İndeksi də 274.82 bənd (3.90%) dəyər itkisilə 6777.16 bənddən günü tamamlayıb.
Beləcə indekslər son 5 əməliyyat günündə 4-üncü dəfə günü enişlə bağlamışdır.
"S&P 500" və "Dow Jones" İndekslərində ilin əvvəlindən bu yana baş vermiş artımlar silinib.
Artıq "S&P 500" İndeksi 26 Yanvarda gördüyü ən yüksək səviyyəsindən 8% geriləyib.
Mütəxəssislər, Nyu York Birjasında volatilliyin davam etdiyinə diqqəti çəkərək, yanvar ayında rekord səviyyələrə yüksələn indekslərdə normallaşma yaşandığına işarə edirlər, ancaq bunun nə vaxt sona çatacağının qəti olmadığını bildirirlər.
ABŞ-da "qorxu indeksi" və ya "VIX indeksi" olaraq bilinən və "Standart & Poor's" 500 İndeksindəki dalğalanmağı göstərən "CBOE Volatilite" İndeksi bu günki bağlanışda 24% artımla 34,37 səviyyəsinə qalxıb.
10 illik ABŞ dövlət istiqrazının gəlirliliyi də 1% artımla 2,835% səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























