"Tuqay" adı ilə yarandı, "İlkBank" ilə birləşdi....Bu gün 24 yaşı tamam olur
14 fevral 2018-ci il tarixində "Bank of Baku"nun 24 yaşı tamam olur.
"Bank of Baku" 14 fevral 1994-cü ildə “Tuqay” kommersiya bankı kimi yaradılmışdır. 10 fevral 1997-ci il tarixində səhmdarlarının qərarı ilə Bankın adı dəyişdirilmiş və ”Bank of Baku” kimi adlandırılmışdır.
2002-ci ildə Bank fəaliyyət istiqamətini banklararası xidmətlər bazarından pərakəndə bank xidmətləri, kiçik və orta sahibkarlıq və korporativ seqmentə yönəltmişdir. 1 iyun 2002-ci il tarixində ”Bank of Baku”nun ilk filialı - “Azneft” filialı açılmışdır.
2004-cü ildə "İlkbank" kommersiya bankı "Bank of Baku"ya birləşdi. 2005-ci ildən başlayaraq "Bank of Baku" sürətlə böyüdü, çoxlu sayda filiallarını açdı. Ən çox filiallar 2006, 2007, 2011 və 2013-cü illərdə istifadəyə verilmişdir.
“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabağcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s. Bununla da “Bank of Baku” böyük bir insan kütləsi arasında bank məhsul və xidmətlərinin yayılmasında böyük rol oynadı.
“Bank of Baku” kütləvi şəkildə kredit kartları rəsmiləşdirən ilk banklardan olub. Nağdsız ödənişlər bank üçün prioritet sahədir və bu istiqamətdə “Bank of Baku” “ilk”-lərə imza atan bir maliyyə təsisatıdır. 2011-ci ilin payızında “Bank of Baku” Azərbaycanda ilk dəfə Bolkart hissə-hissə ödənişli kart layihəsinə start verdi. Böyük sayda sıravi istehlakçıları hədəfləyən Bolkart və “Bank of Baku”-nun digər kredit kartlarından bu gün yüz minlərlə insan istifadə edir.
31 Dekabr 2017-ci il tarixində “Bank of Baku” 399 milyon 860 min manat cəmi aktivlərə, 363 milyon 272 min manat cəmi öhdəliklərə malik olub.
“Bank of Baku”nu 24 yaşı münasibətilə təbrik edirik. Arzu edirik ki, Bank qarşıdakı illərdə dinamik inkişaf etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)







.jpg)





