ADİF "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə müraciət edib
Ləğvetmə prosesində olan "Bank of Azerbaijan" ASC-nin ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın qorunan əmanətçilərinə müraciət edib. Müraciətdə deyilir:
"Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 30 iyul 2007-ci il tarixdə Fonda üzv olmuş “Bank of Azerbaijan” 19 yanvar 2016-cı il tarixində üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 22 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib.
Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 27 yanvar 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən sabaha qədər kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.
Qanuna əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiya ödənilməsi müddəti əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 41 d. əvvəl
-
-
51 d. əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 54 d. əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən çox oxunanlar
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb























.jpg)

