PAŞA Bank Londonda işgüzar seminar keçirib
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Londonda “Azərbaycanda beynəlxalq investisiya imkanları” adı altında beynəlxalq biznes seminarın təşkilatçısı qismində çıxış etmişdir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu il tədbirdə 80 nümayəndə heyəti, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı Səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycan üzrə Ticarət nümayəndəsi baronessa Emma Nikolson, Azərbaycan Mərkəzi Bankının, İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin, Azərbaycandakı Amerika Ticarət palatasının nümayəndələri, eləcə də hər iki ölkənin biznes icmalarının üzvləri, investorları, maliyyə bazarının mütəxəssisləri və aparıcı KİV-lərin jurnalistləri iştirak etmişdir.
Tədbir iştirakçılarını salamlayan PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımov qeyd etmişdir ki, Bank tərəfindən bu beynəlxalq tədbirin təşkil edilməsinin əsas məqsədlərindən biri Böyük Britaniya və Azərbaycanın işgüzar dairələri üçün daha da məhsuldar kommunikasiya üçün əlavə imkanın yaradılmasıdır.
"Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının azaldılması fonunda baş verən dəyişikliklər ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı artımı üçün zəmin yaradır. Bütün bunlar isə iqtisadiyyatın kənd təsərrüfatı, ticarət və xidmətlər, informasiya texnologiyaları, turizm və s. sektorlarının inkişafı üçün geniş üfüqlər açır. Azərbaycandan olan mütəxəssisləri və işgüzar tərəfdaşları buraya dəvət etməklə biz Böyük Britaniyanın işgüzar icmasının ölkənin investisiyaların yatırılması nöqteyi-nəzərindən cəlbedici inkişaf perspektivləri və iqtisadiyyat seqmentləri ilə ilkin mənbədən tanış olmalarına çalışırıq. Biz əminik ki, tədbirdə iştirak qonaqlara məhsuldar dialoq qurmaq imkanı yaradacaq. PAŞA Bank isə öz növbəsində zəngin təcrübəyə və yüksək ekspertizaya malik regional maliyyə təşkilatı olaraq hər zaman real sektoru dəstəkləməyə və həm xarici, həm də yerli işgüzar dairələrin etibarlı maliyyə tərəfdaşı olmağa hazırdır", - deyə Т. Kazımov fikrini yekunlaşdırıb.
Biznes seminarı çərçivəsində tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya arasındakı hazırkı iqtisadi münasibətləri müzakirə etmiş, ölkələr qarşısında duran müasir meyllər və çağırışlar mövzusunda fikir mübadiləsi aparmış, iqtisadiyyatın müxtəlif sektorlarında tərəfdaşlığın inkişafı üçün potensialı müzakirə etmişdirlər. “Neft dövründən sonra iqtisadi artımın bərpası” və “Azərbaycanın ən cəlbedici iqtisadi sektorları” adlı panellər çərçivəsində dəvətli mütəxəssislər Azərbaycandakı makroiqtisadi vəziyyət haqqında baxışları, son illərdə ölkədə keçirilən iqtisadi islahatlara dair rəyləri, ölkə iqtisadiyyatının gələcək diversifikasiya ilə bağlı orta və uzun müddətli proqnozları ilə bölüşmüş və hər iki ölkənin biznes icmaları üçün hal-hazırda aktual olan digər mövzuları müzakirə etmişdirlər.
“Azərbaycanda beynəlxalq investisiya imkanları” adlı biznes seminar öz işini dünən 22 fevral tarixində yekunlaşdırmışdır. Qeyd edək ki, bu seminar PAŞA Bank tərəfindən son bir neçə il ərzində Böyük Britaniyada təşkil edilmiş sayca üçüncü işgüzar tədbirdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























