Ticarət müharibəsinin nəticəsi mənfi olacaq, ABŞ-ın iqtisadi artımı 0,2% düşəcək
ABŞ Prezidenti Donald Trumpın ölkəsinə idxal olunan dəmir və alüminiuma gömrük vergisini artırmasının ticarət müharibəsinə təkan verəcəyi və iqtisadiyyata mənfi təsir göstərəcəyi bildirilir.
"Marja" xəbər verir ki, artıq birjalarda səhmlər və istiqraz faizləri kəskin düşüb. "Boeing Co." və "United Technologies Corp." kimi böyük dəmir və alüminium ixracatçıların səhmləri daha çox ucuzlaşıb.
Qlobal maliyyə şirkəti "Barclays Plc"nin iqtisadçıları, əlavə gömrük vergisi tətbiqinin bu il ABŞ-ın iqtisadi artımını 0.2 nisbətində aşağı sala biləcəyini açıqlayıblar. İqtisadçılar, "Qarşıdakı risklər ticarət tərəfdaşlarının necə reaksiya verəcəyinə bağlıdır" deyə bildiriblər.
Məşğulluğun atması və vergi güzəştlərinin ABŞ iqtisadiyyatını canlandırması mümkündür. Ticarət gərginliyi iqtisadi artım üzərində təzyiq yarada bilər.
Beynəlxalq kredit reytinqi agentliyi Moody's-ın EMEA Regionu üzrə reytinq şefi Kolin Ellis də Trumpın son vergi həmləsini dəyərləndirib.
Ellis, "Daha dərin və daha köklü bir ticarət müharibəsi görürük. Digər ölkələrin buna qarşılığı nə olacağını görməyimiz lazımdır. Ticarət müharibəsinin nəticəsi mənfi olacaqdır. Ticarət müharibələri kimsənin xeyrinə olan bir şey deyil, tariflər 2000-ci illərin əvvələrində də artırılıb, ancaq bu nə işsizliyə, nə də ABŞ iqtisadiyyatına müsbət təsir etməmişdi. Bu cür maneələrin uzunmüddətli nəticələri mənfi olur" - deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























