"Geri addım atmayacağıq"
ABŞ Prezidenti Donald Tramp, idxal dəmir və alüminiuma qarşı əlavə gömrük vergisi tətbiq etmək qərarından geri addım atmayacaqlarını söyləyib.
"Marja" xəbər verir ki, Prezident Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Oval Ofisdə mətbuat nümayəndələrinin qarşısına çıxıblar.
Bu həftə ərzində qüvvəyə minməsi gözlənilən dəmir və alüminium tariflərinə dair sualları cavablandıran Tramp, "Gömrük tariflərində geri addım atacaqsiz?" şəklindəki suala, "Yox, geri addım atmayacağıq" cavabını verib.
Tramp, "ABŞ-ın ticarətdə bütün ölkələr tərəfindən aldadıldığını" bildirərək, belə davam edib:
"İnsanlar bunu anlamaq məcburiyyətindədirlər; Bizim ölkəmiz ticarətdə dünyadakı bütün ölkələr tərəfindən aldadılıb. Dost olsun, düşmən olsun, hər kəs bizi aldadıb. Çin, Rusiya, çox yaxşı olduğunu düşündüyümüz Avropa Birliyi. Onlarla iş görə bilmirik, çünki buna yol vermirlər, gömrük tariflərindən daha pis ticarət baryerləri var".
ABŞ-ın dəmir və alüminiuma tətbiq ediləcək gömrük tariflərinə cavab olaraq Avropa Birliyinin Amerika şirkətlərinə qarşı vergiləri və ya ticarət baryerini artırması halında, ABŞ-ın Avropada istehal edilən avtomobillərə gömrük vergisini yüksəldəcəyini təkrar edən Tramp, ölkəsinin hər il yüz milyardlarla dollarlıq ticarət kəsiri verməsinə, sələfləri kimi reaksiyasız qalmayacağını deyib.
Digər tərəfdən, Kanada və Meksikaya qarşı gömrük tarifinin, Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) yenidən müzakirəsinə bağlı olduğuna işarə edən Tramp, bu ifadələri işlədib:
"NAFTA-nı" söz verdiyim kimi yenidən müzakirə edirik. Əgər müqaviləyə nail olmasaq NAFTA-nı ləğv edəcəyəm, ancaq, əgər Amerikalılar üçün ədalətli olduğuna inandığım bir razılaşma təmin etsək, o zaman müzakirə edəcəyimiz məsələlərdən biri Kanada və Meksika dəmirinə qarşı tariflər olar deyə düşünürəm. Nə olacağını görəcəyik".
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump ötən həftə yerli istehsalçıları qorumaq üçün idxal dəmirə 25 faiz, aluminyuma isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Dəmir ixrac edən ölkələr bu addımı tənqid edirlər.
İdxal dəmirə möhtac olan ABŞ-ın enerji şirkətləri də dəmir məhsullarından əlavə gömrük vergisi alınmasını narahatlıqla qarşılayırlar. ABŞ enerji şirkətlərini təmsil edən özəl sektor təşkilatı Amerika Neft İnstitutu, neft və qaz sektorlarının ehtiyac duyduğu polad boruların ABŞ istehsalçıları tərəfindən istehsal edilmədiyinə diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























